Azərbaycanda yeni cərimələr müəyyənləşdirilir
31 Oktyabr 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
329
12.10.2026, 00:50
Həkim onu başdan-ayağa müayinə etdi. Əvvəlki müayinənin nəticələrini bir daha nəzərdən keçirdi. “Geyinə bilərsiniz”, - deyərək iş stolunun arxasına keçdi. Xəstəsinin əvvəlki şikayətlərinə nəzər saldı. O, bir ildə səkkiz dəfə həkimə müraciət etmiş və hər dəfə də eyni şikayətlərlə gəlmişdi. Həkim yeni bir resept yazdı və xəstəsinə uzatdı:
- Sizə əvvəllər istifadə etmədiyiniz üç dərman yazdım. Bunları 15 gün ərzində qəbul edərsiniz. Sonra yenə görüşərik.
Xəstə həkimin yanından çıxıb həmişə getdiyi aptekə getdi:
- Zəhmət olmasa, bu reseptdə yazılan dərmanları verin.
Aptekçi reseptdə adları yazılan iki dərmanı vitrinin üzərinə qoydu. Ancaq üçüncü dərmanın nə olduğunu bilmirdi. Bu adda dərmanın nəinki onun aptekində, ümumiyyətlə heç bir aptekdə olmadığına əmin idi:
- Şahin müəllim, burada yazılan üçüncü dərman aptekimizdə yoxdur. Ümumiyyətlə, belə bir dərmanın adını ilk dəfədir ki, eşidirəm.
Reseptdə üçüncü dərmanın yerində “S+S+S” (hər saatdan bir) sözləri yazılmışdı.
Şahin müəllim həkiminə zəng etdi və üçüncü dərmanın nə olduğunu soruşdu. Həkim cavabında dedi:
- Şahin müəllim, yazdığım dərmanın adı “Sevgi”, “Səmimiyyət” və “Səbirdir”. Onu heç bir aptekdə tapa bilməyəcəksiniz. O dərmanı özünüz hazırlamalısınız. Doğrusu, mən onu saatda bir dəfə yazmışam, ancaq siz hər saniyə o dərmanı qəbul etməlisiniz. Çünki bu dərmanın çoxunun ziyanı yoxdur, əksinə xeyri var. Həyat yoldaşınızı və övladlarınızı başa düşməyə çalışın, hətta ən yaxşısı özünüzü onların yerinə qoyun. Axırda deyəcəyiniz sözü əvvəldə deməyin. Heç kimin qəlbinə dəyəcək sözlərə yol verməyin. Və nəhayət hər şeyi olduğu kimi görməyə çalışın. Başa düşürəm ki, bütün bu dediklərimin hamısını etmək çətindir. Ancaq dediklərimə əməl etsəniz, tez sağalarsınız...
Araşdırmalara görə, ailə daxilindəki problemlər yüksək təzyiqə səbəb olur. Bu cür təzyiqlər isə dünyada ən çox ölümə səbəb olan xəstəliklər arasında birinci yeri tutur. Belə ailələr başqaları ilə müqayisədə iki dəfə çox qripə yoluxurlar. Onların astma və ürək xəstəliklərinə tutulmaq ehtimalı isə 3 dəfə çoxdur. Təbii ki, bu hələ hamısı deyil...
Şahin müəllim 15 gün həkimin məsləhətlərinə əməl etdi. Ailə üzvləri də onda olan dəyişiklikləri hiss etdilər. Onun üçün çətin olsa da, özünü sakit həyata məcbur edirdi. 15 gün sonra ətrafındakıların ona münasibətinin dəyişdiyini gördü. Bu isə onu həkimin reseptinə əməl etməyə daha da həvəsləndirirdi.
Şahin müəllim növbəti dəfə həkimin yanına gedəndə şikayətləri xeyli azalmışdı. Ətrafındakılar da onda baş verən bu dəyişikliklərə təəccüb edirdilər. Səbəbini soruşanda isə Şahin müəllim əvvəlcə gülümsəyir, sonra da: “Xüsusi bir dərmandan istifadə edirəm”, - deyirdi...
Yeniavaz
23:55 / 31 Oktyabr 2026
130
23:52 / 31 Oktyabr 2026
125
23:44 / 31 Oktyabr 2026
196
23:22 / 31 Oktyabr 2026
69
22:59 / 31 Oktyabr 2026
146
22:32 / 31 Oktyabr 2026
951
22:31 / 31 Oktyabr 2026
105
21:19 / 31 Oktyabr 2026
119
21:09 / 31 Oktyabr 2026
113
20:59 / 31 Oktyabr 2026
1101
20:51 / 31 Oktyabr 2026
190
20:46 / 31 Oktyabr 2026
107
20:37 / 31 Oktyabr 2026
106
20:33 / 31 Oktyabr 2026
152
20:25 / 31 Oktyabr 2026
92
19:58 / 31 Oktyabr 2026
316
19:44 / 31 Oktyabr 2026
103
19:37 / 31 Oktyabr 2026
94
19:29 / 31 Oktyabr 2026
766
19:28 / 31 Oktyabr 2026
189
19:26 / 31 Oktyabr 2026
228
19:20 / 31 Oktyabr 2026
102
19:20 / 31 Oktyabr 2026
1131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.