Azərbaycanda yeni cərimələr müəyyənləşdirilir
31 Oktyabr 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
215
11.10.2026, 23:43
Görkəmli şair, tərcüməçi, tənqidçi, ədəbiyyatşünas, “Ədəbiyyat qəzeti”nin baş redaktoru olmuş Ayaz Vəfalı 89 yaşında vəfat edib. Onun aramızdan getməsi elmi-ədəbi mühitimiz üçün ağır itkidir.
Oxu24.com Ayaz Vəfalının ömür yoluna bir daha nəzər salır.
Ayaz Vəfalı 1937-ci il aprelin 1-də Azərbaycanın Cəlilabad rayonunun Sabirabad kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alıb. Universitetdə Həmid Araslı, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib, Məmməd Cəfər Cəfərov, Pənah Xəlilov, Bəxtiyar Vahabzadə kimi tanınmış simalardan dərs alması onun yaradıcılıq istiqamətini müəyyənləşdirib.
Ayaz Vəfalı elmi fəaliyyətini Məhəmməd Füzuli irsinin araşdırılmasına həsr edərək, 1972-ci ildə görkəmli alim Məmmədhüseyn Təhmasibin rəhbərliyi ilə “Füzuli və folklor” mövzusunda dissertasiya müdafiə edib. Onun “Füzuli öyrədir”, “Sənətkar və xalq”, “Füzuli xəlqiliyi” əsərləri bu sahədə fundamental tədqiqatlar hesab olunur. 1994-cü ildə isə onun rəhbərliyi ilə “Məhəmməd Füzuli” Beynəlxalq Ədəbi Əlaqələr Fondu təsis edilib.
Ayaz Vəfalının müxtəlif illərdə yazdığı “Bəlkə onda öyrənmişik”, “Ürək və od”, “Özü oda yana-yana” və s. şeirlər kitabı, publisistik və elmi fəaliyyətini əks etdirən “Yarım əsrlik yol” (məqalələr, şeirlər və tərcümələr) kitabı da onun çoxşaxəli yaradıcılığından xəbər verir.
Yaradıcılığının böyük bir hissəsi “Ədəbiyyat və incəsənət” qəzeti (hazırkı “Ədəbiyyat qəzeti”) ilə bağlı olan Ayaz Vəfalı əlli ildən artıq bu mətbu orqanında çalışıb, qəzetin baş redaktoru kimi milli ədəbi prosesin formalaşmasında mühüm xidmətlər göstərib.
Onun tərtib etdiyi “Ədəbiyyat qəzeti” biblioqrafiyası (1934-1964) Azərbaycan mətbuat tarixinin öyrənilməsi baxımından əvəzsiz mənbədir. Bu kitaba alim “Ədəbiyyatımızın salnaməsi” adlı “Ön söz” yazıb və qeyd edib ki, neçə-neçə ziyalı nəslinin yetişdiyi, yaradıcılıq məktəbi olan “Ədəbiyyat qəzeti” adi mətbu orqanı deyil, əbədiyyət ünvanlı qəzetdir.
Şairin yaradıcılığı səmimiyyət və milli ruhla yoğurulub. İkinci Dünya müharibəsinin ailəsinə yaşatdığı ağrılar, atasının mühacirət həyatı onun “Dörd yaşımda fikir çəkdim” poemasında və digər şeirlərində öz əksini tapıb. Bu nisgil Ayaz Vəfalını sarsıtmayıb. O, Konstantin Simonovun o illəri xatırladan “Gözlə məni” şeirini yüksək sənətkarlıqla dilimizə tərcümə edib.
Daha sonra Taras Şevçenko, Aleksandr Çakovski, Həmid Əlimcan, Erkin Vahidov kimi sənətkarların əsərlərini doğma dilimizə tərcümə edərək Azərbaycan oxucusuna sevdirib. Həmçinin Ayaz Vəfalının Füzulinin özbək sələfi Əlişir Nəvai yaradıcılığından etdiyi “Leyli və Məcnun”, “Dördlüklər” kimi tərcümələri xüsusi yer tutur. O, Türk dünyasını və bu dünyanın bədii irsini bütöv görüb, təhlil edib və tanıdıb.
2012-ci ildə Ayaz Vəfalının onillik zəhmətinin bəhrəsi “Atalar sözü – ağlın gözü” kitabı nəşr edilib. O, dünya xalqlarının hikmət xəzinəsini orijinaldan tərcümə edərək oxuculara təqdim edib. Türk dünyasının - türk dilinin pərəstişkarları dünya xalqlarının hikmət xəzinəsindən seçmə nümunələri oxuya bildikləri əlifbada (latın, kiril, ərəb) – Ayaz Vəfalının dili ilə desək, Füzulinin, Vaqifin şirin dilində mütaliə edə bilir.
Ömrünü sözə, sənətə, doğma dilimizin saflığına həsr edən Ayaz Vəfalı aramızdan ayrılsa da, onun zəngin ədəbi irsi, böyük həvəslə qələmə aldığı tədqiqatları və tərcümələri xalqımızın yaddaşında əbədi yaşayacaq.
Allah rəhmət eləsin!
23:55 / 31 Oktyabr 2026
130
23:52 / 31 Oktyabr 2026
125
23:44 / 31 Oktyabr 2026
196
23:22 / 31 Oktyabr 2026
69
22:59 / 31 Oktyabr 2026
146
22:32 / 31 Oktyabr 2026
951
22:31 / 31 Oktyabr 2026
105
21:19 / 31 Oktyabr 2026
119
21:09 / 31 Oktyabr 2026
113
20:59 / 31 Oktyabr 2026
1101
20:51 / 31 Oktyabr 2026
190
20:46 / 31 Oktyabr 2026
107
20:37 / 31 Oktyabr 2026
106
20:33 / 31 Oktyabr 2026
152
20:25 / 31 Oktyabr 2026
92
19:58 / 31 Oktyabr 2026
316
19:44 / 31 Oktyabr 2026
103
19:37 / 31 Oktyabr 2026
94
19:29 / 31 Oktyabr 2026
766
19:28 / 31 Oktyabr 2026
189
19:26 / 31 Oktyabr 2026
228
19:20 / 31 Oktyabr 2026
102
19:20 / 31 Oktyabr 2026
1131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.