Azərbaycanda yeni cərimələr müəyyənləşdirilir
31 Oktyabr 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1859
11.10.2026, 22:22
Məktəblərdə vahid geyim tərzi, təhsilin dünyəviliyi və Nazirlər Kabinetinin müvafiq qərarı ilə bağlı gedən geniş müzakirələrə Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu da münasibət bildirib.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az-a açıqlamasında sənətkar məktəblərdə vahid geyim qaydasının vaxtında və düzgün verilmiş bir qərar olduğunu vurğuladı:
"Əvvəlcə düşünülmüş və vaxtı çatdığı üçün verilmiş düzgün qərardır. Hətta mən deyirəm ki, mənim aləmimdə bu, vaxtı keçmiş qərardır, çünki doğrudan da çoxdan verilməli idi. Azərbaycan çoxlu etnik qruplarla, müxtəlif dini baxışlarla, milli mentalitetlə zəngin olan böyük-kiçik xalqların yaşadığı azad bir məmləkətdir. Yəni insanların düşüncə müxtəlifliyi, öz milli adət-ənənələrinə riayət etmək azadlığı var. Amma məktəbdə bu azadlıqlar müəyyən çərçivəyə alınmalıdır. Bu, tarixən də belə olub, bundan sonra da belə olacaq".
Baba Vəziroğlu təhsil müəssisələrinin özünəməxsus missiyasına diqqət çəkərək qeyd etdi ki, məktəb dini ideologiyaların təbliğ olunduğu yer deyil:
"Çünki məktəb dini və yaxud milli məbəd deyil, təhsil məbədidir, insanlara işıq və ziya verən ocaqdır. Azərbaycanda yaşayan hər kəs bu məktəbə öz dini baxışlarını, təriqətini, inanclarını apara bilməz. O böyük azadlıq məktəb divarları arasında, təhsil məbədinin öz konkret azadlıqları çərçivəsində olmalıdır. Təsəvvür eləyin ki, Azərbaycanda müxtəlif etnik qruplar yaşayır, hətta çinqaçuklar da yaşayır. Çinqaçuklar bəyəm məktəbə dəbilqə ilə, əlində nizə, bir əlçim yarpaqla örtülü gəlməlidirlər? Bu, əlbəttə ki, gülməlidir və bunu müqayisə üçün deyirəm".
Açıqlamasının sonunda şair hər kəsi məktəb qaydalarına hörmətlə yanaşmağa çağırdı:
"Məktəb təkrar edirəm ki, elm, təhsil, ziya, işıq məbədidir. Bu məbədin qayda-qanunlarına hər kəs hörmətlə və anlayışla yanaşmalıdır. Bu, həm şagird kollektivinə, həm müəllim kollektivinə, həm də o məbədə ayaq basan hər bir kəsə aid olmalıdır".
23:55 / 31 Oktyabr 2026
130
23:52 / 31 Oktyabr 2026
125
23:44 / 31 Oktyabr 2026
196
23:22 / 31 Oktyabr 2026
69
22:59 / 31 Oktyabr 2026
146
22:32 / 31 Oktyabr 2026
951
22:31 / 31 Oktyabr 2026
105
21:19 / 31 Oktyabr 2026
119
21:09 / 31 Oktyabr 2026
113
20:59 / 31 Oktyabr 2026
1101
20:51 / 31 Oktyabr 2026
190
20:46 / 31 Oktyabr 2026
107
20:37 / 31 Oktyabr 2026
106
20:33 / 31 Oktyabr 2026
152
20:25 / 31 Oktyabr 2026
92
19:58 / 31 Oktyabr 2026
316
19:44 / 31 Oktyabr 2026
103
19:37 / 31 Oktyabr 2026
94
19:29 / 31 Oktyabr 2026
766
19:28 / 31 Oktyabr 2026
189
19:26 / 31 Oktyabr 2026
228
19:20 / 31 Oktyabr 2026
102
19:20 / 31 Oktyabr 2026
1131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.