Azərbaycanda yeni cərimələr müəyyənləşdirilir
31 Oktyabr 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
619
11.10.2026, 21:17
“Grand-Agro” Məhdud Məsuliyyətli Cəmiyyətində yeni təyinat baş tutub.
Oxu24.com xəbər verir ki, Fərid Axundzadə “Grand-Agro” MMC-də İnzibati departamentin direktoru vəzifəsinə təyin olunub.
O, yeni vəzifəsindən əvvəl şirkətdə Satınalma və Təchizat Zəncirinin İdarə Edilməsi şöbəsinin rəhbəri olub. O, 2024-cü ilin avqustundan 2026-cı ilin iyulunadək bu vəzifəni icra edib.
F. Axundzadə bundan əvvəl, 2023-cü ilin oktyabrından 2024-cü ilin iyulunadək SOCAR-STP MMC-də satınalma meneceri vəzifəsində çalışıb.
O, 2020-ci ilin martından 2023-cü ilin martınadək isə Technicon FZCO və VITO Construction Group Company-də satınalma meneceri kimi fəaliyyət göstərib.
Yeni vəzifəsində Fərid Axundzadə satınalma və təchizat zəncirinin idarə edilməsi, anbar təsərrüfatı, hüquqi məsələlər və uyğunluq, dövlət qurumları ilə əlaqələr, eləcə də inzibati fəaliyyət istiqamətlərini əhatə edən sahələrə rəhbərlik edəcək.
Qeyd edək ki, "Grand-Agro" MMC, Azərbaycanın və Qafqazın ən böyük kənd təsərrüfatı qruplarından olan "Agro Food Investments" (AFI) şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir, ölkənin ən böyük zeytun və badam bağları operatorudur. 2017-ci ildə təsis edilmiş şirkət, Abşeron yarımadasında (Qala, Türkan, Hövsan, Zirə, Ramana) yararsız və daş karxanaları sahələrini təmizləyərək müasir aqrar komplekslərə çevirmişdir. Nizamnamə kapitalı 156 milyon manat olan şirkətin rəhbəri Rövşən Mahmudovdur. Yurd.Media
23:55 / 31 Oktyabr 2026
130
23:52 / 31 Oktyabr 2026
125
23:44 / 31 Oktyabr 2026
196
23:22 / 31 Oktyabr 2026
69
22:59 / 31 Oktyabr 2026
146
22:32 / 31 Oktyabr 2026
951
22:31 / 31 Oktyabr 2026
105
21:19 / 31 Oktyabr 2026
119
21:09 / 31 Oktyabr 2026
113
20:59 / 31 Oktyabr 2026
1101
20:51 / 31 Oktyabr 2026
190
20:46 / 31 Oktyabr 2026
107
20:37 / 31 Oktyabr 2026
106
20:33 / 31 Oktyabr 2026
152
20:25 / 31 Oktyabr 2026
92
19:58 / 31 Oktyabr 2026
316
19:44 / 31 Oktyabr 2026
103
19:37 / 31 Oktyabr 2026
94
19:29 / 31 Oktyabr 2026
766
19:28 / 31 Oktyabr 2026
189
19:26 / 31 Oktyabr 2026
228
19:20 / 31 Oktyabr 2026
102
19:20 / 31 Oktyabr 2026
1131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.