Hikmət Hacıyev "Counterpoint" sənədli filmi barədə paylaşım etdi
18 Oktyabr 2026, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2483
27.09.2026, 21:49
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir.
Oxu24.com xəbər verirki,mövzu ilə bağlı Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev xidmət sahələrində iş və istirahət günlərinin fərqli qaydada müəyyənləşdirilməsi ilə bağlı təkliflər mövcuddur deyib.
.
Onun sözlərinə görə, hazırkı qanunvericiliyə əsasən Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saat, həftəlik iş vaxtı isə 40 saatdır:
"Bəzi yerlərdə altıgünlük iş həftəsi tətbiq olunur və iş vaxtı buna uyğun müəyyənləşdirilir. Xidmət sahələrində isə əsas iş yükü çox vaxt şənbə və bazar günlərinə düşür. Ancaq bütün hallarda iş münasibətləri əmək qanunvericiliyinin tələblərinə uyğun qurulmalıdır.
Xüsusilə özəl sektorda və xidmət sahələrində yeni tələblər ortaya çıxır. Dövrün tələblərinə uyğun olaraq xidmət sahələrində şənbə və bazar günləri digər istirahət günləri ilə əvəz edilə bilər. Qanunvericilikdə də yaranan ehtiyaclara uyğun dəyişikliklərin edilməsi mümkündür. Hər hansı dəyişiklik olarsa, bu barədə məlumat veriləcək".
İqtisadçı Akif Nəsirli də hesab edir ki, xidmət sektorunda fərqli iş və istirahət qrafikinin tətbiqi mümkündür.
Onun sözlərinə görə, restoran, otel, turizm, ticarət, əyləncə, nəqliyyat və digər xidmət sahələrində əsas iş yükü çox vaxt məhz şənbə və bazar günlərinə təsadüf edir.
"Bu sahələrdə bütün əməkdaşların eyni vaxtda həftəsonu istirahət etməsi biznesin fəaliyyətinə və xidmətlərin fasiləsiz göstərilməsinə müəyyən məhdudiyyətlər yarada bilər.
Əmək qanunvericiliyi çərçivəsində iş rejiminin xüsusiyyətləri nəzərə alınmaqla bəzi müəssisələrdə həftəlik istirahət günlərinin şənbə və bazar əvəzinə digər günlərə keçirilməsi mümkündür. Burada əsas məsələ işçinin həftəlik istirahət hüququnun qorunması, iş vaxtı normasına və digər əmək hüquqlarına əməl edilməsidir.
Yəni söhbət şənbə və bazar günlərinin bütün sahələr üçün ümumi şəkildə iş gününə çevrilməsindən deyil, fəaliyyətin xüsusiyyətinə uyğun növbəli və ya fərqli istirahət qrafiklərinin tətbiqindən gedə bilər".
İqtisadçı bildirib ki, məsələn, restoran və otel işçiləri şənbə-bazar işləyərək həftənin digər günlərində istirahət edə bilərlər. Ticarət və digər xidmət müəssisələrində də növbəli iş qrafiki tətbiq etməklə həm həftəsonu yaranan yüksək tələbatı qarşılamaq, həm də işçilərin istirahət hüququnu qorumaq mümkündür.
Akif Nəsirli bununla yanaşı, belə bir sistemin bütün sahələrə avtomatik tətbiq edilməsinin sosial problemlər yarada biləcəyini də vurğulayıb:
"Çünki ailələrin, məktəblərin və digər müəssisələrin əsasən şənbə-bazar rejimində fəaliyyət göstərməsi insanların ailə üzvləri ilə birlikdə istirahət imkanlarını məhdudlaşdıra bilər. Buna görə daha real yanaşma bütün iqtisadiyyat üçün vahid qaydanın dəyişdirilməsi deyil, xidmət və fasiləsiz fəaliyyət göstərən digər sahələrdə çevik iş və istirahət qrafiklərinin genişləndirilməsi ola bilər".
00:00 / 18 Oktyabr 2026
88
23:59 / 17 Oktyabr 2026
63
23:34 / 17 Oktyabr 2026
66
23:19 / 17 Oktyabr 2026
78
22:59 / 17 Oktyabr 2026
79
22:49 / 17 Oktyabr 2026
96
22:21 / 17 Oktyabr 2026
140
22:12 / 17 Oktyabr 2026
113
22:10 / 17 Oktyabr 2026
93
22:05 / 17 Oktyabr 2026
100
21:57 / 17 Oktyabr 2026
141
21:40 / 17 Oktyabr 2026
158
21:18 / 17 Oktyabr 2026
92
20:39 / 17 Oktyabr 2026
97
20:39 / 17 Oktyabr 2026
142
20:16 / 17 Oktyabr 2026
110
20:03 / 17 Oktyabr 2026
138
20:03 / 17 Oktyabr 2026
1601
19:50 / 17 Oktyabr 2026
105
19:38 / 17 Oktyabr 2026
286
19:38 / 17 Oktyabr 2026
136
19:32 / 17 Oktyabr 2026
1002
19:26 / 17 Oktyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.