Pensiya, maaş, “uşaqpulu”, müavinət – Gələn ilin artımları AÇIQLANDI
07 Noyabr 2026, 13:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
341
26.09.2026, 23:09
1925-ci ildə buraxılmış 2 qəpiklik sikkə SSRİ-nin nadir və dəyərli sikkələrindən biri hesab olunur. Bu sikkənin hətta dövriyyədə olmuş nümunələri də hərraclarda yüksək qiymətə satılır.
Oxu24.com xəbər verir ,ki bunu Milli.Az-a numizmat Fərhad Məmmədov bildirib.
Onun sözlərinə görə, 1925-ci il 2 qəpiyi dövriyyədə olmuş vəziyyətdə belə təxminən 190 min rubla, yəni 4 min manata yaxın qiymətə satıla bilir.
"Əgər evinizdə belə bir sikkə varsa, onu adi 2 qəpik kimi qiymətləndirməyə tələsməyin. 1925-ci ilin 2 qəpiyi SSRİ-nin ən maraqlı raritetlərindən biridir", - deyə F.Məmmədov bildirib.
Numizmat qeyd edib ki, sikkə xalis misdən hazırlanıb və zaman keçdikcə açıq hava və nəmişliyin təsiri altında rəngini dəyişərək qaralmağa başlayır.
Sikkənin çəkisi 6,5 qram, diametri isə 24 millimetrdir. Ön hissəsində SSRİ-nin dövlət gerbi, arxa hissəsində isə sünbüllərlə əhatələnmiş nominal dəyər və zərb ili əks olunub.
F.Məmmədov bildirib ki, sikkənin buraxıldığı dövrdə onun nominal dəyərinin nə ifadə etdiyini həmin illərin qiymətləri ilə müqayisə etmək mümkündür.
"1925-ci ildə 1 kiloqram kartofun və 1 litr südün qiyməti 6 qəpik idi. Yəni həmin dövrdə 2 qəpik də müəyyən alıcılıq qabiliyyətinə malik pul vahidi idi", - deyə o vurğulayıb.
Numizmatın sözlərinə görə, 1925-ci il 2 qəpiyinin dəqiq tirajı məlum deyil. Bəzi mənbələrdə təxminən 2,5 milyon ədəd buraxıldığı qeyd edilir.
"SSRİ kimi nəhəng dövlət üçün aşağı nominala malik sikkənin təxminən 2,5 milyon nüsxəlik tirajı o qədər də böyük sayılmır. Lakin sikkəni raritet edən əsas məqamlardan biri yalnız tirajın nisbətən az olması deyil, onun çox az sayda nümunəsinin günümüzə gəlib çatmasıdır", - deyə F.Məmmədov bildirib.
O qeyd edib ki, dövriyyəyə buraxılmamış, yəni yüksək vəziyyətdə olan 1925-ci il 2 qəpiklərinə rast gəlmək olduqca çətindir.
"Hərraclarda əsasən Şeldon şkalası üzrə F, VF və XF dərəcələrində olan nümunələrin satışına rast gəlirik", - deyə numizmat bildirib.
F.Məmmədov bu təsnifatların mənasını da izah edib.
Onun sözlərinə görə, F (Fine) vəziyyətində olan sikkələrdə əhəmiyyətli dərəcədə aşınma olur, səthdə oksidləşmə və patina izlərinə rast gəlinə bilər.
VF (Very Fine) nümunələrdə yüksək relyefli dizayn elementlərində cüzi aşınma müşahidə edilir, lakin çirklənmə və oksidləşmə təbəqəsi nisbətən minimal olur.
XF (Extremely Fine) isə çox yaxşı vəziyyətdə qorunmuş, relyef elementləri aydın görünən nümunələrə aid edilir.
Numizmat Rusiyanın "Volmar" onlayn hərracının arxivindəki satışlardan da nümunələr gətirib.
"2026-cı il sentyabrın 2-də VF vəziyyətində olan bir 1925-ci il 2 qəpiyi uğrunda 83 iştirakçı mübarizə aparıb. Lot sonda 17 441 rubla, yəni təxminən 352 manata satılıb", - deyə F.Məmmədov bildirib.
O qeyd edib ki, daha yüksək vəziyyətdə olan nümunələr isə dəfələrlə baha qiymətə satılıb.
"2023-cü ildə XF vəziyyətində təqdim olunan bir nümunə 193 610 rubla, bizim pulla təxminən 3 911 manata satılıb. Bununla belə, həmin nümunənin XF kimi təsnif edilməsinə müəyyən şübhələrim var.
Çünki sikkənin üzərində nəzərəçarpacaq oksidləşmə izləri görünür", - deyə F.Məmmədov bildirib.
Numizmat 1925-ci il 2 qəpiyinin digər mühüm xüsusiyyətinə - saxtalaşdırılmasına da diqqət çəkib.
"Bu buraxılış raritet sayıldığı üçün onun çoxlu saxta variantları da hazırlanıb. Buna görə belə sikkə əldə edən şəxslər xüsusilə diqqətli olmalıdırlar", - deyə o vurğulayıb.
F.Məmmədovun sözlərinə görə, saxtakarların istifadə etdiyi üsullardan biri nadir sayılmayan 1924-cü il 2 qəpiyini dəyişdirmək olub.
"Dələduzlar 1924-cü il nümunələrindəki '4' rəqəmini yonaraq onun üzərində müxtəlif üsullarla '5' rəqəmi formalaşdırırdılar. Lakin sikkəyə diqqətlə baxdıqda belə müdaxilələrin izlərini və rəqəmlərdəki uyğunsuzluğu müəyyən etmək mümkündür", - deyə numizmat əlavə edib.
Həmçinin oxuyun
14:18 / 07 Noyabr 2026
1
13:57 / 07 Noyabr 2026
145
13:41 / 07 Noyabr 2026
424
13:27 / 07 Noyabr 2026
161
13:12 / 07 Noyabr 2026
90
13:03 / 07 Noyabr 2026
325
12:49 / 07 Noyabr 2026
90
12:45 / 07 Noyabr 2026
103
12:45 / 07 Noyabr 2026
91
12:36 / 07 Noyabr 2026
271
12:23 / 07 Noyabr 2026
106
12:16 / 07 Noyabr 2026
628
11:58 / 07 Noyabr 2026
290
11:53 / 07 Noyabr 2026
439
11:45 / 07 Noyabr 2026
124
11:35 / 07 Noyabr 2026
128
11:21 / 07 Noyabr 2026
111
11:11 / 07 Noyabr 2026
539
11:08 / 07 Noyabr 2026
650
11:05 / 07 Noyabr 2026
161
10:55 / 07 Noyabr 2026
137
10:44 / 07 Noyabr 2026
114
10:23 / 07 Noyabr 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.