Alyona Əliyeva rəssam Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində iştirak edib - FOTO
17 Oktyabr 2026, 00:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
217
26.09.2026, 17:11
Çox güman ki, bu, bir çoxları üçün yeni bir məlumat olacaq...
Bilirdinizmi, dünyanın məşhur fiziklərindən biri, nəzəri fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr bəxş etmiş məşhur alim Lev Landau Bakı şəhəridə anadan olub. Hətta bəzi yazılarda onu Nobel mükafatına layiq görülən ilk azərbaycanlı kimi də təqdim edirlər. Səbəb kimi Lev Landaunun Bakıda dünyaya gəlməsini, ailəsinin uzun illər Azərbaycanda yaşamasını əsas gətirirlər.
XX əsrin ən böyük fiziklərindən biri, 1962-ci il Fizika üzrə Nobel mükafatı laureatı Lev Davidoviç Landau 22 yanvar 1908-ci ildə Bakıda dünyaya göz açıb.
Landaunun ailəsi o dövrdə Bakıda daimi yaşayırdı. Onun atası David Lvoviç Landau neft mühəndisi idi və dünyanın əsas neft mərkəzlərindən biri olan Bakıda neft sənayesində çalışırdı. Məhz peşə fəaliyyəti ailənin bu şəhərdə məskunlaşmasına səbəb olmuşdu.
Lev Landaunun anası Lyubov Veniaminovna Qarkavi-Landau isə həkim idi. O, mama-ginekoloq kimi fəaliyyət göstərmiş, sonralar Bakıda məktəb həkimi kimi də çalışmışdı. Beləliklə, ailənin hər iki üzvü peşə fəaliyyəti ilə sıx şəkildə Bakı həyatı ilə bağlı idi.
Maraqlıdır ki, Landau ailəsi əslən indiki Belarus ərazisində yerləşən Mogilyov şəhərindən idi. Valideynləri ali təhsil aldıqdan sonra işlə əlaqədar Bakıya köçmüş, burada ailə qurmuş və övladlarını böyütmüşdülər.
Lev Landau da uşaqlıq və yeniyetməlik illərini Bakıda keçirib. O, qeyri-adi istedadı sayəsində cəmi 14 yaşında Bakı Dövlət Universitetinə qəbul olunub. Gənc fizik yalnız 1924-cü ildə təhsilini davam etdirmək məqsədilə Leninqrada köçüb. Sonralar isə nəzəri fizika sahəsində qazandığı görkəmli nailiyyətlər ona dünya şöhrəti və Nobel mükafatı qazandırıb.
Bu gün də Lev Landaunun Bakı ilə bağlı xatirəsi yaşadılır. Onun ailəsinin uzun illər yaşadığı binanın üzərində xatirə lövhəsi yerləşdirilib və bu, dünya elminin nəhəng simalarından birinin həyat yolunun məhz Bakıdan başladığını xatırladır.
Ancaq milliyəti və həyatının sonrakı dövrü nəzərə alınaraq, Landaunu azərbaycanlı Nobel mükafatçısı kimi təqdim etmək doğru olmaz.
Məcid Rəşadətoğlu
00:27 / 17 Oktyabr 2026
108
00:12 / 17 Oktyabr 2026
76
23:58 / 16 Oktyabr 2026
96
23:49 / 16 Oktyabr 2026
136
23:42 / 16 Oktyabr 2026
93
23:42 / 16 Oktyabr 2026
160
23:29 / 16 Oktyabr 2026
483
23:22 / 16 Oktyabr 2026
75
23:08 / 16 Oktyabr 2026
82
23:06 / 16 Oktyabr 2026
458
23:01 / 16 Oktyabr 2026
91
23:00 / 16 Oktyabr 2026
76
22:55 / 16 Oktyabr 2026
352
22:52 / 16 Oktyabr 2026
74
22:45 / 16 Oktyabr 2026
79
22:35 / 16 Oktyabr 2026
634
22:25 / 16 Oktyabr 2026
93
22:14 / 16 Oktyabr 2026
80
22:11 / 16 Oktyabr 2026
74
22:08 / 16 Oktyabr 2026
86
21:50 / 16 Oktyabr 2026
116
21:18 / 16 Oktyabr 2026
104
21:16 / 16 Oktyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.