Qaynar xətt:

(+99450) 247 90 86

26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu  

26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu  

CƏMİYYƏT

190

16.09.2026, 23:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Naxçıvan Dövlət Universitetin (NDU) yeni təyinat olub.


Oxu24.com xəbər verir ki, bununla bağlı ali məktəbin rektoru Elbrus İsayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Məhərrəm Həsənov İqtisadiyyat və İdarəetmə fakültəsinin dekan müavini vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, 2000-ci il təvəllüdlü M.Həsənov NDU-da 2017-2021-ci illərdə bakalavr, 2021-2023-cü illərdə isə magistr təhsili alıb. O, bundan əvvəl tyutor, müəllim, akademik məsləhətçi vəzifələrində çalışıb. 26 yaşlı müəllim bir dərs və metodik vəsaitin müəllifidir.