Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
20 Oktyabr 2026, 00:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
235
09.09.2026, 16:35
Azərbaycan təhsil sistemində şagirdlərin oxu bacarıqları və mətnidərketmə qabiliyyəti ilə bağlı narahatedici tendensiyalar yenidən gündəmə gəlib. Beynəlxalq qiymətləndirmə mexanizmlərinin, xüsusilə PISA 2025 tədqiqatlarının nəticələri ölkə üzrə ciddi pedaqoji boşluqların və geriləmələrin olduğunu üzə çıxarıb. Xüsusilə paytaxt Bakı ilə yanaşı, bəzi regionlarda hər üç şagirddən ikisinin oxuduğu mətni tam şəkildə qavrayıb şərh edə bilməməsi düşündürücüdür. Elm və təhsil naziri Emin Əmrullayevin də diqqət çəkdiyi bu problem fonunda Lənkəran-Astara, Mil-Muğan, Salyan və Masallı kimi bölgələrdə vəziyyətin daha qənaətbəxş olmadığı bildirilir. Mövcud böhranın aradan qaldırılması üçün yalnız qrammatik qaydalara deyil, məhz tənqidi təfəkkürə və mətnin dərkinə əsaslanan islahatların zəruriliyi vurğulanır.
Mövzu ilə bağlı Oxu24.com-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, Elm və Təhsil Nazirliyinin qeyd etdiyi kimi, PISA 2025 nəticələri ölkə üzrə oxuyub-anlama bacarıqlarının həqiqətən də ürəkaçan olmadığını göstərir:
"Bu, həm təhsil verənlərin bu istiqamətdə daha yaxşı öz bacarıqlarını inkişaf etdirmələrini zəruri edir, eyni zamanda biz onların bilik və bacarıqlarını yoxladığımız zaman, təbii ki, oxuyub-anlama istiqamətində də müəyyən mövzuları təqdim etməliyik ki, onların bu istiqamətdə bacarıqlarını qiymətləndirə bilək”.
Ekspert qeyd edib ki, növbəti sertifikasiya mərhələsində məhz bu istiqamətdə sualların şagirdlərdə və müəllimlərdə tətbiqi genişləndirilməlidir. İnkişafa nail olmaq üçün aşağı təhsil pilləsindən tutmuş yuxarı pillələrə qədər keçirilən bütün imtahanlarda – istər summativ qiymətləndirmələr, istər monitorinq imtahanları, buraxılış və blok imtahanlarında mətn tipli suallara üstünlük verilməlidir.
Elçin Əfəndinin sözlərinə görə, bu cür vərdişlərin tətbiqi həm təhsil alanlar, həm də təhsil verənlər üçün zəruridir:
“Bütün növ qiymətləndirmə vasitələrində oxuyub-anlama üzrə sualların payı artırılmalıdır. Oxuyub-anlama bacarıqları nə qədər çox inkişaf edərsə, qarşıya çıxan digər akademik çətinlikləri də həll etmək bir o qədər asan olar”.
Ekspert əlavə edib ki, bəzi regionlarda bu problemin daha qabarıq şəkildə özünü göstərməsi kompleks yanaşma və məqsədyönlü addımların atılmasını labüd edir.
Çimnaz Telmanqızı
00:26 / 20 Oktyabr 2026
48
00:19 / 20 Oktyabr 2026
72
23:56 / 19 Oktyabr 2026
77
23:45 / 19 Oktyabr 2026
71
23:40 / 19 Oktyabr 2026
70
23:36 / 19 Oktyabr 2026
91
23:36 / 19 Oktyabr 2026
89
23:34 / 19 Oktyabr 2026
77
23:30 / 19 Oktyabr 2026
92
23:30 / 19 Oktyabr 2026
109
23:27 / 19 Oktyabr 2026
73
23:26 / 19 Oktyabr 2026
90
23:24 / 19 Oktyabr 2026
265
23:20 / 19 Oktyabr 2026
85
23:16 / 19 Oktyabr 2026
76
23:10 / 19 Oktyabr 2026
76
23:04 / 19 Oktyabr 2026
74
23:03 / 19 Oktyabr 2026
75
22:25 / 19 Oktyabr 2026
150
22:22 / 19 Oktyabr 2026
80
22:11 / 19 Oktyabr 2026
95
22:06 / 19 Oktyabr 2026
261
21:37 / 19 Oktyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.