9 noyabrda QAR YAĞACAQ
09 Noyabr 2026, 02:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
362
29.09.2026, 23:12
Hərbi xidmətə çağırılan işçiyə ödənilən üç aylıq müavinətin hansı vergi və sosial ödənişlərə cəlb olunması ilə bağlı məsələ aydınlaşdırılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirib ki, işçinin müddətli hərbi xidmətə çağırılması ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə ona orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilir.
Qeyd olunub ki, Vergi Məcəlləsinin 102.1.14.16-cı maddəsinə əsasən, bu məqsədlə ödənilən müavinətlərin qanunvericilikdə nəzərdə tutulan məbləği gəlir vergisindən azaddır.
Həmçinin həmin müavinət əməkhaqqının tərkibinə daxil olmadığından icbari tibbi sığorta və işsizlikdən sığorta üzrə sığorta haqlarına cəlb edilmir. Bununla yanaşı, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində bu müavinətlə bağlı azadolma nəzərdə tutulmadığı üçün ondan məcburi dövlət sosial sığorta haqqı hesablanır.
Məsələn, əmək müqaviləsinə 30 avqust 2026-cı ildə xitam verilən işçinin həmin ay üzrə əməkhaqqı 400 manat, üç aylıq müavinəti isə 1 200 manatdırsa, 400 manat əməkhaqqı müvafiq vergi və sosial ödənişlərə cəlb olunur, 1 200 manatlıq müavinət isə gəlir vergisi, icbari tibbi sığorta və işsizlikdən sığorta haqqından azaddır, lakin məcburi dövlət sosial sığorta haqqına cəlb edilir./yenisabah
04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.