Onkoloji xəstələr niyə dərmansız qalır? – Ekspertdən AÇIQLAMA
07 Noyabr 2026, 10:44
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
537
29.09.2026, 22:24
Yuxunun bizim üçün nə qədər əhəmiyyətli olduğuna bəzi hallarda diqqət etmirik.Sağlam və dinamik həyatın başlanğıcı məhz yuxu rejimi ilə birbaşa bağlıdır.Yuxu sağlam həyatın ayrılmaz hissəsidir və həkimlər kifayət qədər və keyfiyyətli gecə yuxusunun həm fiziki, həm də zehni sağlamlıq üçün vacib olduğunu bildirirlər.
Oxu24.com bu dəfə axşam gec saatlarında yatmağın orqanizmə vurduğu 5 zərərdən bəhs edir.
Birinci zərər, yuxu azlığı və bioloji ritminin pozulması insulinə qarşı həssaslığı azalda bilər və bunun nəticəsində iştahımız artaraq zamanla çəki artıqlığını yaşaya bilərik. Bu səbəbdən də bir çox insanlarda həddindən artıq kökəlmə məhz yuxu rejiminə düzgün əməl etmədikdə yaranır.
İkinci zərər, aclıq və toxluq siqnalları qarışır. Gecə yemək vərdişi yaranır və bu da çəkinin artımının asanlaşmasına səbəb olur. Bu da bir çox insanlarda piylənməyə səbəb olur.
Üçüncüsü, təzyiqin, ürək ritminin gecə tənzimi daha da pozulmuş olur. Bu isə tez- tez təzyiq oynamasına və ürək çırpıntılarının artmasına səbəb olur.
Dördüncüsü, diqqət, yaddaş və əhval-ruhiyyənin zəifləməsi. Bu isə sonradan inkişaf edərək yaddaş pozulmasına və daha ağır xəstəliklərə səbəb ola bilər.
Beşincisi, immun sistemin, hormonal və əzələ toxumasının bərpası üçün ayrılan proseslərin normal fəaliyyət göstərməsinə mane olmaq.Yuxu normasını düzgün qəbul etməyən əksər insanlarda immun sistemi zəifləyə və orqanizmin zəifləməsi müşahidə oluna bilər.
Orqanizm yuxu zamanı özünü bərpa etməyə çalışır və qısa saatlarda olan yuxu orqanizm bərpa prosesinin ləngiməsinə səbəb ola bilir. Əsas problem gec yatmaqla yanaşı, az və nizamsız yatmaq və səhər erkən qalxmaqdır. Əksər böyüklər üçün hədəf hər gün eyni saatda yatmaq, 7-9 saatda keyfiyyətli yuxunu almaqdır. Yuxunun müddəti ilə yanaşı, yuxunun vaxtı, müntəzəmliyi və bioloji ritminə uyğunluğu da kardiyometabolik sağlamlığınızın əsas təminatçısıdır. Zamanında yatın və sağlam qalın.
Hazırladı: Nigar
01:34 / 09 Noyabr 2026
10
01:20 / 09 Noyabr 2026
47
01:10 / 09 Noyabr 2026
86
01:06 / 09 Noyabr 2026
49
00:58 / 09 Noyabr 2026
116
00:50 / 09 Noyabr 2026
84
00:29 / 09 Noyabr 2026
319
00:25 / 09 Noyabr 2026
206
00:21 / 09 Noyabr 2026
77
00:17 / 09 Noyabr 2026
73
00:12 / 09 Noyabr 2026
81
23:49 / 08 Noyabr 2026
93
23:45 / 08 Noyabr 2026
101
23:18 / 08 Noyabr 2026
843
23:14 / 08 Noyabr 2026
126
23:09 / 08 Noyabr 2026
196
23:07 / 08 Noyabr 2026
153
22:35 / 08 Noyabr 2026
389
22:32 / 08 Noyabr 2026
197
22:16 / 08 Noyabr 2026
128
22:07 / 08 Noyabr 2026
149
22:07 / 08 Noyabr 2026
154
21:56 / 08 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.