Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
29 Sentyabr 2026, 17:41
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
32
29.09.2026, 19:49
“İran da, Rusiya da Azərbaycanı etibarlı tərəfdaş görür” – Deputatdan MÜHÜM MESAJ
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasında rəsmi səfərdə olub. Səfər çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin geniş tərkibli görüşü keçirilib. Görüş zamanı iqtisadi-ticarət, nəqliyyat-kommunikasiya və humanitar sahələrdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti ətraflı müzakirə edilib. Həmçinin tərəflər qarşılıqlı maraq doğuran digər regional məsələləri və əməkdaşlığın gələcək inkişaf perspektivlərini diqqətlə nəzərdən keçiriblər.
Ekspertlər bu görüşün yalnız iqtisadi əlaqələrin genişlənməsinə deyil, həm də regiondakı siyasi sabitliyə və təhlükəsizlik mühitinə müsbət təsir göstərəcəyini vurğulayırlar. Mürəkkəb geostrateji şəraitdə Azərbaycanın yürütdüyü balanslı xarici siyasət qonşu ölkələrlə münasibətlərin yeni müstəviyə daşınmasına imkan yaradır. Bütün bu məsələlər fonunda Azərbaycan-İran əlaqələrinin hazırkı mərhələsi və regional geosiyasi proseslər ictimaiyyətin böyük marağına səbəb olur. Regional diplomatiyanın prioritetləri və iki ölkə arasındakı təmasların siyasi əhəmiyyəti analitiklər tərəfindən yüksək qiymətləndirilir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, Azərbaycanın regionda apardığı konstruktiv xarici siyasətin nəticəsində bizim bütün qonşularımızla normal qonşuluq münasibətlərimiz var. Baxmayaraq ki, Azərbaycana qarşı heç də xoş olmayan, həmişə xoşniyyətli qonşuluq münasibətləri nümayiş etdirməyən ətraf ölkələrə qarşı bizim məhz praqmatik, soyuqqanlı, ağıllı dövlət təfəkkürünə söykənən xarici siyasətimiz nəticəsində bütün qonşularla münasibətlərimiz yaxşı qurulmuşdur.
Deputatın sözlərinə görə, Azərbaycan Respublikası nümayəndə heyətinin İrana son səfərləri də bu baxımdan çox əhəmiyyətlidir:
“Azərbaycanın istər İranla, istər Rusiya ilə, istərsə də qardaş Türkiyə ilə münasibətlərinin necə yaxın və aydın olduğu göz qabağındadır. Bütün bunlar göstərir ki, Azərbaycan həm də qonşularımız olan böyük ölkələr üçün etibarlı bir tərəfdaşdır.
Onlar, məsələn, Ermənistandan fərqli olaraq bunu aydın görürlər. Ermənistan yeri gəldikdə Rusiyanın forpostu rolunu oynayır, yeri gəldikdə Avropa İttifaqına yaxınlaşır ya da konfrontasiyaya gedir. Məhz buna görə də bütün böyük güc mərkəzləri — Rusiyası, İranı, digər regional və regiondan kənar ölkələri üçün Azərbaycanla münasibətləri yaxşı qurmaq hamının marağındadır”.
Bu baxımdan Tural Gəncəliyev hesab edir ki, Azərbaycan nümayəndə heyətinin İrana səfəri xüsusi önəm daşıyır:
“İranın hal-hazırda İsraillə, Amerika ilə və digər Avropa/NATO ölkələri ilə böyük qarşıdurmada olmasına baxmayaraq, regionda məhz yeganə etibarlı, praqmatik xarici siyasət yürüdən və normal münasibətlər qurula biləcək tərəfdaş kimi hamı, o cümlədən İran Azərbaycanı görür.
Eyni sözləri Rusiyaya da aid etmək olar. Rusiya-Ukrayna münaqişəsi kontekstində Rusiyanın Qərblə artan eskalasiyasının şahidiyik, ancaq buna baxmayaraq Azərbaycan həmişə bu münaqişələrdə neytral, obyektiv və beynəlxalq hüququ dəstəkləyən mövqedə olmuşdur.
Ona görə də istər İran olsun, istər Rusiya, istərsə də vaxtilə bizə düşmən olmuş Ermənistan belə bu gün Azərbaycanın konstruktiv təkliflərini qəbul etmək məcburiyyətindədir. Yəni bundan kənara çıxması mümkün deyildir”.
O qeyd edib ki, Ermənistanın məhz bu cür müsbət sülh əlini uzatmış Azərbaycanın təkliflərini dəyərləndirməsi və qiymətləndirməsi lazımdır:
“Ermənistanda revanşizmə meyllənə biləcək qüvvələrin qarşısının alınması vacibdir ki, postmünaqişə dövründə sülh quruculuğu prosesinə təhlükə yaranmasın”.
Sonda deputat xüsusilə vurğulayıb ki, biz regional münaqişələrdən kənarıq, münaqişələrin sülh yolu ilə, diplomatiya yolu ilə, beynəlxalq hüquq və haqq-ədalət əsasında tənzimlənməsinin tərəfdarıyıq. Ona görə də istər İranla, Rusiya ilə, Gürcüstanla, Ermənistanla, Türkiyə ilə və digər regional və regiondan kənar ölkələrlə münasibətlərimiz məhz bu konstruktiv məcrada qurulmuşdur.
Çimnaz Telmanqızı
19:52 / 29 Sentyabr 2026
16
19:37 / 29 Sentyabr 2026
35
19:35 / 29 Sentyabr 2026
36
19:27 / 29 Sentyabr 2026
43
19:22 / 29 Sentyabr 2026
44
19:10 / 29 Sentyabr 2026
50
19:06 / 29 Sentyabr 2026
56
18:59 / 29 Sentyabr 2026
45
18:58 / 29 Sentyabr 2026
49
18:51 / 29 Sentyabr 2026
44
18:39 / 29 Sentyabr 2026
57
18:36 / 29 Sentyabr 2026
51
18:24 / 29 Sentyabr 2026
60
18:17 / 29 Sentyabr 2026
56
18:10 / 29 Sentyabr 2026
57
18:06 / 29 Sentyabr 2026
57
18:00 / 29 Sentyabr 2026
54
17:41 / 29 Sentyabr 2026
64
17:30 / 29 Sentyabr 2026
67
17:20 / 29 Sentyabr 2026
67
17:19 / 29 Sentyabr 2026
66
17:15 / 29 Sentyabr 2026
62
17:11 / 29 Sentyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.