Azərbaycan nümayəndələri Daşkənddə Özbəkistanın tarixi, mədəniyyəti ilə tanış olub
29 Noyabr 2026, 19:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
621
29.09.2026, 20:53
Azərbaycan Respublikasında qanunvericiliklə müəyyən kateqoriyalara aid şəxslərə ictimai nəqliyyatdan ödənişsiz istifadə hüququ verilir. Bu güzəştlər sırasında xidməti vəzifələrini icra edən polis əməkdaşları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və digər kateqoriyalar yer alır.
Bununla yanaşı, ictimai nəqliyyatdan ödənişsiz istifadə hüququnun əlavə sosial kateqoriyalara da şamil edilməsi ilə bağlı təkliflər səsləndirilir.
Bu təkliflərdən biri şəhid ailələri, qazilər və müharibə veteranlarının da həmin güzəştdən yararlanması ilə bağlıdır.
“Polisə Dəstək” İctimai Birliyinin sədri, sabiq polis polkovniki Şəmsəddin Əliyev redaksiyamıza müraciət edərək şəhid ailələri, qazilər və müharibə veteranlarının ictimai nəqliyyatdan ödənişsiz istifadə imkanının qanunvericilikdə nəzərdə tutulmasını təklif edib.
Oxu24.com xəbər verir ki, moderator.az Şəmsəddin Əliyevin bu məsələ ilə bağlı fikirlərini öyrənib.
“Əslində, ictimai nəqliyyatdan ödənişsiz istifadə imkanının hansı kateqoriyalara şamil edilməsinin normativ hüquqi aktlarla dəqiq müəyyənləşdirilməsi mühüm məsələdir. Belə güzəştlərin müəyyənləşdirilməsi vətəndaşlarda dövlət siyasətinə inamın, Vətənə sədaqət və vətənpərvərlik ruhunun daha da gücləndirilməsinə xidmət edə bilər.
Bu, eyni zamanda, hüquqi dövlət prinsiplərinə və Konstitusiyanın 12-ci maddəsində təsbit olunan dövlətin ali məqsədinə uyğun yanaşmadır.
Konstitusiyanın 12-ci maddəsinə əsasən, dövlətin ali məqsədi insan və vətəndaş hüquq və azadlıqlarının, eləcə də Azərbaycan vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsidir. Bu baxımdan müəyyən sosial kateqoriyalara əlavə sosial təminatların təqdim olunması dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilə bilər.
Bilirsiniz ki, bu gün anım günüdür. Bu ay biz Dövlət Suverenliyi Gününü qeyd etdik, sentyabrın 15-də isə Bakının azad olunmasının ildönümünü yad etdik. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün təmin olunmasında şəhidlərin, qazilərin, müharibə veteranlarının və müharibə iştirakçılarının böyük xidmətləri var. Bu baxımdan hesab edirəm ki, ictimai nəqliyyatdan ödənişsiz istifadə ilə bağlı güzəştlərin müəyyənləşdirilməsi zamanı şəhid ailələri, qazilər və müharibə veteranları da nəzərə alına bilər.
Xüsusilə şəhid ailələrinin və qazilərin bu imkanlardan yararlanması onların Vətən qarşısındakı xidmətlərinə ehtiramın ifadəsi olmaqla yanaşı, mühüm sosial əhəmiyyət daşıyar.
Məlum olduğu kimi, polis əməkdaşlarının xidməti vəzifələrini icra etdikləri zaman ictimai nəqliyyatdan, o cümlədən metropolitendən müəyyən hallarda ödənişsiz istifadə imkanları mövcuddur. Digər aidiyyəti kateqoriyaların, o cümlədən metropoliten əməkdaşlarının bu sahədə müəyyən güzəştlərdən yararlanması da onların xidməti xüsusiyyətləri ilə bağlıdır.
Tarixi təcrübəyə nəzər saldıqda, müharibə veteranları, müharibə iştirakçıları və əlilliyi olan şəxslər üçün müxtəlif sosial güzəştlərin tətbiq edildiyini görürük. Müəyyən kateqoriyalara kommunal xidmətlərdən və ictimai nəqliyyatdan güzəştli və ya ödənişsiz istifadə imkanlarının təqdim olunması da həmin sosial siyasətin tərkib hissələrindən biri olub.
Bu gün Azərbaycanın iqtisadi imkanları və sosial siyasət sahəsində həyata keçirdiyi tədbirlər belə bir məsələnin də nəzərdən keçirilməsinə imkan verir. Vətən qarşısında xüsusi xidmətləri olan sosial kateqoriyaların əlavə sosial imkanlarla təmin edilməsi dövlətin sosial siyasətinin daha da inkişaf etdirilməsi baxımından müzakirə oluna biləcək məsələlərdəndir.
Ona görə hesab edirəm ki, qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi və şəhid ailələri, qazilər və müharibə veteranları üçün ictimai nəqliyyatdan ödənişsiz istifadə imkanının yaradılması məsələsinə baxılması məqsədəuyğundur. Bu, həm Vətən qarşısında xidmət göstərmiş insanlara ehtiramın ifadəsi, həm də sosial təminat imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli addım ola bilər".Moderator.az
19:50 / 29 Noyabr 2026
34
19:27 / 29 Noyabr 2026
75
19:13 / 29 Noyabr 2026
97
19:01 / 29 Noyabr 2026
89
18:58 / 29 Noyabr 2026
235
18:45 / 29 Noyabr 2026
103
18:29 / 29 Noyabr 2026
100
18:15 / 29 Noyabr 2026
126
15:24 / 29 Noyabr 2026
174
12:43 / 29 Noyabr 2026
396
12:03 / 29 Noyabr 2026
176
12:00 / 29 Noyabr 2026
207
11:33 / 29 Noyabr 2026
193
10:55 / 29 Noyabr 2026
230
10:25 / 29 Noyabr 2026
375
10:24 / 29 Noyabr 2026
775
10:00 / 29 Noyabr 2026
429
09:58 / 29 Noyabr 2026
214
09:54 / 29 Noyabr 2026
255
09:15 / 29 Noyabr 2026
211
01:31 / 29 Noyabr 2026
354
01:22 / 29 Noyabr 2026
329
00:11 / 29 Noyabr 2026
437
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.