"Bu proses heç kəsi narahat etməməlidir" - Türkiyədəki bəzi dairələrə MESAJ
19 Oktyabr 2026, 18:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
566
29.09.2026, 20:25
Azərbaycan BMT-nin Qlobal Forumuna ev sahibliyi edəcək: Politoloqdan ŞƏRH
Xəbər verdiyimiz kimi, sentyabrın 22-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasının beşinci günündə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bir sıra yüksəksəviyyəli tədbirlərdə iştirak edib və vacib ikitərəfli görüşlər keçirib.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə Dostlar Qrupunun iclasında çıxış edən diplomat Azərbaycanın Bakı Prosesi və Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumundakı aparıcı rolunu bir daha diqqətə çatdırıb. Həmçinin rəsmi görüşlər çərçivəsində Azərbaycanın 2027-ci ildə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətində olduğu rəsmən bəyan olunub. Bu mühüm bəyanat Azərbaycanın qlobal sivilizasiyalararası dialoq gündəliyindəki aparıcı və təşəbbüskar mövqeyini növbəti dəfə təsdiqləyir. İllərdir ki, ölkəmiz müxtəlif mədəniyyət, din və sivilizasiyaların qovuşduğu unikal qlobal platforma kimi dünyada xüsusi nüfuz qazanmışdır. 2027-ci il Qlobal Forumuna ev sahibliyi niyyəti isə Azərbaycanın beynəlxalq diplomatiyada yeni strateji imkanlar və dividendələr əldə etməsinə geniş zəmin yaradır. Bu mötəbər tədbir həm də ölkəmizin qlobal sülhə, sabitliyə və multikultural dəyərlərə verdiyi davamlı töhfələrin beynəlxalq miqyasda qəbul olunmasının bariz göstəricisidir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu məsələnin bütün detallarını ətraflı şərh edib:
"Əvvəlcə qeyd etmək lazımdır ki, Azərbaycan bu gün dünyanın çox azsaylı ölkələrindəndir ki, sözün əsl mənasında mədəniyyətlərarası dialoq mühitinin formalaşmasına və inkişaf etməsinə çox ciddi töhfə verib. Bu, hər şeydən əvvəl ondan irəli gəlir ki, Azərbaycan özünün multikulturalizm modelini formalaşdırıb və dünyaya təqdim edib. Bu mənada hörmətli Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın rolunu xüsusi qeyd etmək lazımdır. Məhz Azərbaycandakı multikultural mühitin və bunun dünyaya tanıdılması istiqamətində Mehriban xanım Əliyevanın fədakar fəaliyyəti ölkəmizin xüsusi, cəlbedici bir obrazını formalaşdırıb. Yəni bu gün Azərbaycanda müxtəlif millətlərin, konfessiyaların nümayəndələri dinc, yanaşı və təhlükəsizlik şəraitində yaşamaqdadırlar, onların inkişafı üçün bütün imkanlar mövcuddur”.
Politoloqun sözlərinə görə, Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafını özünün xarici siyasətinin bir istiqaməti kimi müəyyənləşdirib:
“Biz görürük ki, dünyanın müxtəlif nöqtələrində ayrı-ayrı xalqlara məxsus maddi-mədəni irsin qorunması istiqamətində Heydər Əliyev Fondunun çox ciddi dəstəyi olmuşdur. Eyni zamanda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində bizim təşəbbüslərimiz hər zaman həlledici rol oynamışdır”.
Elşad Mirbəşiroğlu qeyd edib ki, nəzərə almaq lazımdır ki, mədəniyyətlərarası dialoqun formalaşması və inkişaf etdirilməsi bütövlükdə beynəlxalq təhlükəsizliyin təmin olunması baxımından çox əhəmiyyətlidir. Yəni buna daha geniş müstəvidə diqqət yetirmək lazımdır. Çünki müxtəlif xalqlar arasında mədəni dialoqun inkişaf etdirilməsi o xalqlar arasında mümkün münaqişə vəziyyətlərini, mümkün ziddiyyətləri preventiv olaraq, yəni qabaqlayıcı olaraq aradan qaldırmağa qadirdir.
O vurğulayıb ki, bizim töhfəmiz təkcə dünya xalqlarının mədəniyyətinin qorunması və yaxud bütövlükdə bu istiqamətdə müxtəlif təşəbbüslərin və cəhdlərin birləşdirilməsindən ibarət deyil, həm də qlobal təhlükəsizliyə, xalqlararası dialoqa çox ciddi töhfə verməkdən ibarətdir:
“Bu baxımdan düşünürəm ki, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Qlobal Forumuna Bakının ev sahibliyi etməsi bizim artıq zəngin olan təcrübəmizin — yəni mədəniyyətlərarası, sivilizasiyalararası dialoqun formalaşdırılması və inkişaf etdirilməsi sahəsindəki zəngin təcrübəmizin bir daha dünyaya təqdim olunması imkanını yaradır. Ayrıca olaraq da ölkəmizin multikultural obrazını beynəlxalq ictimaiyyətə təqdim edir”.
Yekunda politoloq əlavə edib ki, bütün bunlar Azərbaycanın beynəlxalq pozitiv imicinin daha da güclənməsini şərtləndirəcək, beynəlxalq təmaslarımızın daha səmərəli olması üçün əlavə elementlər yaradacaqdır:
“Bir sözlə, hesab edirəm ki, bu gün BMT-yə üzv olan ölkələr sırasında sivilizasiyalararası dialoqun inkişaf etdirilməsində Azərbaycan öndə gedir və ölkəmizin bu foruma ev sahibliyi sözügedən müstəvidə yerimizi və rolumuzu daha da möhkəmləndirəcəkdir".
Çimnaz Telmanqızı
22:25 / 19 Oktyabr 2026
1
22:22 / 19 Oktyabr 2026
14
22:11 / 19 Oktyabr 2026
36
22:06 / 19 Oktyabr 2026
50
21:37 / 19 Oktyabr 2026
70
21:30 / 19 Oktyabr 2026
350
21:25 / 19 Oktyabr 2026
64
21:14 / 19 Oktyabr 2026
80
21:02 / 19 Oktyabr 2026
121
20:39 / 19 Oktyabr 2026
108
20:25 / 19 Oktyabr 2026
74
20:11 / 19 Oktyabr 2026
102
20:08 / 19 Oktyabr 2026
84
19:59 / 19 Oktyabr 2026
90
19:48 / 19 Oktyabr 2026
90
19:35 / 19 Oktyabr 2026
133
19:24 / 19 Oktyabr 2026
121
19:15 / 19 Oktyabr 2026
120
19:11 / 19 Oktyabr 2026
185
19:04 / 19 Oktyabr 2026
101
18:58 / 19 Oktyabr 2026
81
18:50 / 19 Oktyabr 2026
101
18:49 / 19 Oktyabr 2026
251
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.