Bu şəxslərə daha 130 mənzil verildi - Foto
06 Noyabr 2026, 17:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1730
07.09.2026, 09:40
Bu həftə diaqnostik qiymətləndirmədə iştirak etməmiş müəllimlər üçün imtahanlar keçiriləcək.
Oxu24.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli sosial media hesabında məlumat paylaşıb.
O bildirib ki, 2013 - 2018-ci illərdə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, direktor və direktor müavinlərinin, eləcə də gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb və əməkhaqlarında artımlar edilib:
"Ötən müddət ərzində sistemdə çalışan bəzi təhsilverənlərin isə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmadığından onların əməkhaqlarına artımların tətbiq edilməsi mümkün olmayıb. Bu səbəbdən 8-10 sentyabr tarixlərində yalnız diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak etməyən şəxslər üçün proses təşkil ediləcək".
Şöbə müdiri qeyd edib ki, diaqnostik qiymətləndirilməyə cəlb edilmiş və ya MİQ nəticəsində işə qəbul edilmiş şəxslərin prosesə cəlbi nəzərdə tutulmur:
"Proses yalnız test imtahanı mərhələsindən ibarətdir. İştirakçılara 90 dəqiqə ərzində 40 ixtisas üzrə, 20 tədris metodikası və təlim strategiyaları olmaqla 60 sual təqdim ediləcək. Diaqnostik qiymətləndirmədən keçmiş hesab olunmaq üçün hər bölmə üzrə sualların ən azı 10 faizinə düzgün cavab vermək tələb olunur".
18:19 / 06 Noyabr 2026
72
18:13 / 06 Noyabr 2026
1
17:55 / 06 Noyabr 2026
46
17:46 / 06 Noyabr 2026
60
17:42 / 06 Noyabr 2026
153
17:29 / 06 Noyabr 2026
89
17:24 / 06 Noyabr 2026
422
17:13 / 06 Noyabr 2026
88
16:54 / 06 Noyabr 2026
97
16:44 / 06 Noyabr 2026
88
16:36 / 06 Noyabr 2026
106
16:22 / 06 Noyabr 2026
107
16:17 / 06 Noyabr 2026
111
16:02 / 06 Noyabr 2026
114
15:54 / 06 Noyabr 2026
119
15:50 / 06 Noyabr 2026
144
15:43 / 06 Noyabr 2026
163
15:32 / 06 Noyabr 2026
125
15:21 / 06 Noyabr 2026
138
15:14 / 06 Noyabr 2026
136
15:13 / 06 Noyabr 2026
130
15:05 / 06 Noyabr 2026
150
15:00 / 06 Noyabr 2026
943
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.