İlham Əliyev və xanımı Cəbrayılda..- Foto
06 Noyabr 2026, 16:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
295
05.09.2026, 16:27
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, müsahibə mərhələsinin nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.
Məlumata görə, müsahibə mərhələsində uğur qazanan namizədlər sentyabrın 10-u saat 18:00-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər:
"Təqdim edilməli sənədlər aşağıdakılardır:
şəxsiyyəti təsdiq edən sənədin surəti;
ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti;
əmək kitabçasının əsli (olduğu təqdirdə);
4 ədəd 3x4 formatında fotoşəkil;
sağlamlıq haqqında arayış;
kadrlar uçotunun şəxsi vərəqəsi;
şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış".
Qeyd olunub ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək:
"Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.
Çıxarışını təsdiq etdirməyən, eləcə də müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq".
"Müsahibə mərhələsində uğur qazanmayan namizədlər sentyabrın 7-si saat 11:00-dan sentyabrın 8-i saat 11:00-dək şəxsi səhifələri vasitəsilə apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətləri yalnız elektron formada qəbul ediləcək.
Müsahibələrin onlayn formatda təşkili nəzərdə tutulur. Bununla əlaqədar namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanını müvafiq xanaya qeyd etməli və iştiraklarını təsdiqləməlidirlər.
Elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq", - deyə məlumatda vurğulanıb.
16:22 / 06 Noyabr 2026
20
16:17 / 06 Noyabr 2026
58
16:02 / 06 Noyabr 2026
75
15:54 / 06 Noyabr 2026
89
15:50 / 06 Noyabr 2026
101
15:43 / 06 Noyabr 2026
103
15:32 / 06 Noyabr 2026
84
15:21 / 06 Noyabr 2026
91
15:14 / 06 Noyabr 2026
88
15:13 / 06 Noyabr 2026
89
15:05 / 06 Noyabr 2026
92
15:00 / 06 Noyabr 2026
582
14:58 / 06 Noyabr 2026
136
14:50 / 06 Noyabr 2026
91
14:43 / 06 Noyabr 2026
84
14:37 / 06 Noyabr 2026
110
14:30 / 06 Noyabr 2026
106
14:23 / 06 Noyabr 2026
107
14:13 / 06 Noyabr 2026
99
14:08 / 06 Noyabr 2026
111
13:57 / 06 Noyabr 2026
99
13:53 / 06 Noyabr 2026
137
13:46 / 06 Noyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.