Azərbaycanın bu kəndində 150 min adam yaşayır
24 Avqust 2026, 15:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
137
24.08.2026, 14:05
İsrail və Türkiyə arasında münasibətlərin kəskin gərginləşməsindən sonra Bakının prosesə diplomatik müdaxiləsi beynəlxalq aləmin diqqət mərkəzinə düşüb. İsrailin “Ynet” nəşrinin məlumatına görə, Azərbaycan tərəflər arasında gərginliyi azaltmaq məqsədilə pərdəarxası diplomatik səylər göstərir. Bu addım Bakının regionda təkcə müşahidəçi deyil, həm də nüfuzlu geosiyasi oyunçu kimi çıxış etdiyini sübut edir. Həm Ankara, həm də Təl-Əvivlə yüksək səviyyəli tərəfdaşlıq münasibətlərinə malik olan Azərbaycan Yaxın Şərqdə yeni bir dialoq platformasına çevrilə bilər. Mövcud vəziyyət Bakının regional sabitliyə töhfə vermək imkanlarını və beynəlxalq diplomatiyadakı çəkisini bir daha gündəmə gətirir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Elman Telmanoğlu Azərbaycanın bu prosesdəki imkanlarını və mümkün vasitəçilik rolunu belə qiymətləndirib:
"Azərbaycanın İsrail–Türkiyə münasibətlərində gərginliyin azaldılması üçün vasitəçi roluna çıxması kifayət qədər real görünür. Bunun əsas üstünlüyü Bakının hər iki ölkə ilə yüksək səviyyəli siyasi münasibətlərə malik olmasıdır”.
Onun sözlərinə görə, Türkiyə Azərbaycanın strateji müttəfiqidir, İsraillə isə Azərbaycan enerji, müdafiə və təhlükəsizlik sahələrində uzunmüddətli tərəfdaşlıq qurub. Bu baxımdan Bakı tərəflərin bir-birinə birbaşa çatdırmaqda çətinlik çəkdiyi mesajların ötürülməsi üçün etibarlı diplomatik kanal rolunu oynaya bilər.
Politoloq qeyd edib ki, lakin Azərbaycanın vasitəçilik imkanlarını şişirtmək də doğru olmaz:
“İsrail–Türkiyə gərginliyinin arxasında yalnız diplomatik narazılıqlar deyil, Qəzza, Suriya və Yaxın Şərqdə geosiyasi və təhlükəsizlik maraqlarının toqquşması dayanır. Buna görə Bakıdan əsas gözlənti tərəflər arasında dərhal siyasi barışıq yaratmaq deyil, xüsusilə hərbi qarşıdurma riskinin qarşısının alınmasına, dialoq kanallarının açıq saxlanmasına və qarşılıqlı etimadın bərpasına töhfə vermək ola bilər”.
Elman Telmanoğlu hesab edir ki, Azərbaycanın bu prosesdə ən böyük üstünlüyü hər iki tərəfin etimad etdiyi ölkə olmasıdır. Bakı Türkiyə ilə strateji müttəfiqliyini qoruyaraq İsraillə münasibətlərini də davam etdirir və bu, ona balanslı diplomatik mövqe tutmaq imkanı verir. Əgər Azərbaycan pərdəarxası diplomatiya vasitəsilə Ankara ilə Təl-Əviv arasında birbaşa dialoqun bərpasına və xüsusilə Suriya məsələsində gərginliyin idarə olunmasına nail ola bilsə, bu, Azərbaycanın regional proseslərdə vasitəçi və dialoq platforması kimi mövqeyini möhkəmləndirməklə yanaşı, onun beynəlxalq diplomatiyada siyasi çəkisini və geosiyasi rolunu daha da gücləndirir.
Çimnaz Telmanqızı
15:35 / 24 Avqust 2026
5
15:15 / 24 Avqust 2026
31
15:14 / 24 Avqust 2026
40
15:13 / 24 Avqust 2026
198
15:03 / 24 Avqust 2026
41
14:55 / 24 Avqust 2026
43
14:49 / 24 Avqust 2026
57
14:37 / 24 Avqust 2026
53
14:30 / 24 Avqust 2026
148
14:00 / 24 Avqust 2026
77
13:59 / 24 Avqust 2026
69
13:56 / 24 Avqust 2026
71
13:52 / 24 Avqust 2026
61
13:47 / 24 Avqust 2026
70
13:36 / 24 Avqust 2026
96
13:23 / 24 Avqust 2026
608
13:23 / 24 Avqust 2026
72
13:21 / 24 Avqust 2026
86
12:58 / 24 Avqust 2026
72
12:44 / 24 Avqust 2026
76
12:38 / 24 Avqust 2026
123
12:37 / 24 Avqust 2026
219
12:35 / 24 Avqust 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.