Qızıl ucuzlaşdı
14 Sentyabr 2026, 10:15
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
207
24.08.2026, 12:35
Ölkənin ilk rəqəmsal bankı Birbank sahibkarların maliyyə əlçatanlığını daha da artırır. Belə ki, kiçik və orta biznes adamları Mikro biznes krediti əldə etmək üçün indi həm Birbank, həm də Birbank Biznes mobil tətbiqindən müraciət edə bilərlər. Beləliklə, sahibkarlar biznesləri üçün əlavə vəsaitə ehtiyac duyduqda iki tətbiqdən istədiklərini seçmək rahatlığına malikdirlər.
Kredit müraciətinin bütün mərhələləri rəqəmsal şəkildə həyata keçirilir və 50 000 AZN-dək Mikro biznes krediti tam onlayn şəkildə rəsmiləşdirilir. Kredit üçün banka və ya filiala getməyə, zamin və girov təqdim etməyə ehtiyac yoxdur. Müraciət zamanı sənəd təqdim edilməsi də tələb olunmur. Dəyərləndirilmə biznesə baxış keçirilmədən aparılır və kredit müraciəti bankın mövcud kredit siyasəti, eləcə də risk qiymətləndirməsi əsasında həyata keçirilir. Həmçinin, kredit sənədləri tətbiq daxilində elektron qaydada imzalanır. Müraciət təsdiqləndikdən sonra kredit vəsaiti sahibkarın hesabına köçürülür.
Mikro biznes kreditindən yararlanmaq üçün sahibkarın VÖEN-i və ya Kapital Bank-da AZN valyutalı sahibkar hesabı olması yetərlidir. Hesabı olmayan sahibkarlar Birbank Biznes tətbiqindən rahatlıqla hesab aça bilərlər.
Ətraflı məlumat üçün: www.b-b.az/BiznesB
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
13:14 / 14 Sentyabr 2026
10
13:06 / 14 Sentyabr 2026
25
13:00 / 14 Sentyabr 2026
27
12:56 / 14 Sentyabr 2026
27
12:40 / 14 Sentyabr 2026
39
12:39 / 14 Sentyabr 2026
40
12:35 / 14 Sentyabr 2026
361
12:19 / 14 Sentyabr 2026
53
12:15 / 14 Sentyabr 2026
46
12:13 / 14 Sentyabr 2026
47
12:05 / 14 Sentyabr 2026
58
12:04 / 14 Sentyabr 2026
149
11:50 / 14 Sentyabr 2026
55
11:50 / 14 Sentyabr 2026
52
11:45 / 14 Sentyabr 2026
55
11:37 / 14 Sentyabr 2026
683
11:35 / 14 Sentyabr 2026
54
11:31 / 14 Sentyabr 2026
58
11:12 / 14 Sentyabr 2026
72
11:07 / 14 Sentyabr 2026
76
10:57 / 14 Sentyabr 2026
588
10:56 / 14 Sentyabr 2026
62
10:47 / 14 Sentyabr 2026
304
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.