Ev almaq istəyənlərə ŞAD XƏBƏR!
13 Noyabr 2026, 09:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
282
24.08.2026, 14:37
Azərbaycanda baş verən yol-nəqliyyat qəzalarının ağır nəticələnməsində avtomobil parkının köhnəlməsi və texniki nasazlıqlar əsas rol oynayır. Xüsusilə əyləc sistemi, təkərlərin keyfiyyəti, sükan mexanizmi və təhlükəsizlik kəmərlərinin yararsızlığı toqquşma zamanı həm sürücü, həm də sərnişinlərin həyatı üçün ciddi risklər yaradır. Ölkədə istismar olunan bir çox köhnə nəqliyyat vasitələrində müasir təhlükəsizlik standartlarının və elektron yardımçı sistemlərin olmaması qəza ehtimalını artırmaqla yanaşı, ölüm göstəricilərini də yüksəldir. Mövcud vəziyyət texniki baxış prosesinə nəzarətin gücləndirilməsi və avtomobil parkının yenilənməsi üçün təcili tədbirlərin görülməsini zəruri edir.
Mözu ilə bağlı nəqliyyat eksperti Raqif Raufoğlu Oxu24.com-a açıqlama verib.
Ekspert bildirib ki, ölkədəki avtomobil parkının böyük faizini yaşı 15-dən yuxarı olan nəqliyyat vasitələri təşkil edir:
“Yaşı çox olan, xüsusilə keçmiş SSRİ və Rusiya istehsalı olan (VAZ və s.) avtomobillərin iştirakı ilə baş verən qəzalarda ölüm riski kifayət qədər yüksəkdir. Bu nəqliyyat vasitələrində müasir təhlükəsizlik sistemləri demək olar ki, yoxdur”.
Onun sözlərinə görə, bu tipli köhnə nəqliyyat vasitələrinin böyük hissəsi regionlardadır. Əhalinin yaşayış səviyyəsi və onların minimal nəqliyyat ehtiyacı nəzərə alındıqda, bu sahədə kəskin və sert qadağaların tətbiqi çətinləşir:
“Sürücülərin avtomobillərini yeniləməsi üçün güclü dəstək mexanizmləri yoxdur. Utilizasiya fondu çərçivəsində təklif olunan məbləğ (təxminən 1500 manat) və güzəşt vauçerlərinin şərtləri sürücülər üçün əlverişli olmadığı üçün onlar köhnə maşınlardan imtina etmirlər”.
R.Raufoğlu qeyd edib ki, ölkəyə yararsız, işlənmiş təkərlərin və standartlara cavab verməyən əyləc bəndlərinin gətirilib satılması ciddi problemdir. Dövlət başçısının müvafiq sərəncamında təkər təhlükəsizlik elementi kimi qeyd olunsa da, praktiki nəzarət zəifdir:
“Yeni avtomobillərdə məsafə saxlamaq və qəza riskini xəbərdar etmək üçün elektron monitor və xəbərdarlıq sistemləri mövcuddur. Köhnə avtomobil idarə edən sürücülərdə isə bu anlayış azdır, nəticədə sürətli yollarda kiçik bir manevr və ya əyləcləmə zəncirvari qəzalara gətirib çıxarır”.
Ekspertin vurğulayıb ki, problemlərin aradan qaldırılması üçün bazara daxil olan ehtiyat hissələrinə standartların tətbiqi və kompleks yanaşmanın ortaya qoyulması mütləqdir.
Çimnaz Telmanqızı
09:34 / 13 Noyabr 2026
15
09:33 / 13 Noyabr 2026
18
09:31 / 13 Noyabr 2026
20
01:52 / 13 Noyabr 2026
289
01:49 / 13 Noyabr 2026
765
00:49 / 13 Noyabr 2026
151
00:18 / 13 Noyabr 2026
144
00:17 / 13 Noyabr 2026
223
23:53 / 12 Noyabr 2026
1538
23:51 / 12 Noyabr 2026
190
23:40 / 12 Noyabr 2026
267
23:34 / 12 Noyabr 2026
139
23:24 / 12 Noyabr 2026
1060
23:20 / 12 Noyabr 2026
140
23:19 / 12 Noyabr 2026
148
23:18 / 12 Noyabr 2026
146
23:12 / 12 Noyabr 2026
147
23:03 / 12 Noyabr 2026
148
23:02 / 12 Noyabr 2026
292
22:59 / 12 Noyabr 2026
139
22:55 / 12 Noyabr 2026
165
22:49 / 12 Noyabr 2026
234
22:40 / 12 Noyabr 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.