Almaniya üç ölkənin Ukraynanı maliyyələşdirməkdən imtina etməsindən qəzəblənib
26 Oktyabr 2026, 22:30
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
574
24.08.2026, 15:35
Soyuq müharibə dövrünün ən qorxulu ssenarilərindən birinin pərdəarxası məqamları diqqət mərkəzindədir. Məlum olub ki, tərəflər arasında mümkün nüvə müharibəsi alovlanacağı təqdirdə, Keçmiş SSRİ-nin ilk qurban verəcəyi və hədəfə gələcək əsas ərazilərindən biri məhz Azərbaycan olacaqdı.
Oxu24.com xəbər verir ki, Sovet rəhbərliyi Bakının strateji neft ehtiyatlarına görə düşmənin ilk vuracağı obyekt olacağını dəqiq hesablamışdı. Məhz bu ehtimalı nəzərə alaraq, xəritələrdən belə silinən fövqəladə xüsusi plan işlənib hazırlanmışdı. Plan çərçivəsində Bakının, eləcə də ölkənin müxtəlif dağlıq ərazilərinin altında, yerin tam 30 metr dərinliyində nəhəng bunkerlər və yeraltı gizli laboratoriyalar şəbəkəsi inşa edilmişdi.
Bu yeraltı obyektlər sıradan bir sığınacaq deyil, tam avtonom yaşayış kompleksləri kimi layihələndirilmişdi. Yerin dərinliklərində qurulan sistemlər sayəsində insan şəraitindən asılı olmadan aylarla çölə çıxmadan yaşaya bilərdi. Bunun üçün komplekslərdə xüsusi su anbarları, havagötürmə və oksigen filtri sistemləri, eyni zamanda kəsilməz təchizat qurğuları yerləşdirilmişdi.
Lakin xüsusi narahatlıq doğuran məqam bu obyektlərin bugünkü taleyi ilə bağlıdır. Hazırda Bakı ətrafında və bir çox rayonlarımızda yerləşən bu məfhi yeraltı obyektlərin əksəriyyətinin giriş qapıları yerin altından qalın beton təbəqələri ilə tamamilə bağlanıb. Betonlanmış divarların arxasında hansı Sovet sınaqlarının aparıldığı, yeraltı laboratoriyalarda hansı təhlükəli maddələrin və ya cihaz qalıqlarının saxlanıldığı indi də tam bir sirr olaraq qalır.
00:42 / 27 Oktyabr 2026
91
00:00 / 27 Oktyabr 2026
81
23:43 / 26 Oktyabr 2026
107
23:30 / 26 Oktyabr 2026
84
23:16 / 26 Oktyabr 2026
98
23:08 / 26 Oktyabr 2026
86
22:58 / 26 Oktyabr 2026
96
22:56 / 26 Oktyabr 2026
93
22:51 / 26 Oktyabr 2026
81
22:34 / 26 Oktyabr 2026
534
22:30 / 26 Oktyabr 2026
89
22:11 / 26 Oktyabr 2026
94
22:11 / 26 Oktyabr 2026
80
22:04 / 26 Oktyabr 2026
99
22:02 / 26 Oktyabr 2026
94
21:58 / 26 Oktyabr 2026
81
21:53 / 26 Oktyabr 2026
244
21:44 / 26 Oktyabr 2026
85
21:32 / 26 Oktyabr 2026
87
21:30 / 26 Oktyabr 2026
92
21:05 / 26 Oktyabr 2026
1916
21:02 / 26 Oktyabr 2026
99
20:56 / 26 Oktyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.