Generalın oğlu vəzifəsindən azad edildi
18 Avqust 2026, 12:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
71
18.08.2026, 10:59
Yazıçı və bloger Kəramət Böyükçölün sosial şəbəkədə Kürdəmir rayonu ilə bağlı etdiyi paylaşım qalmaqala səbəb olub.
Oxu24.com xəbər verir ki, Kəramət Böyükçöl Kürdəmir rayonunun girişində çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında “Qəşəm Nəcəfzadənin oğlu Kürdəmirə səfir göndərildi” statusu ilə paylaşıb.
Paylaşımın yumor və ironiya məqsədi daşıdığı görünsə də, onun bu zarafatı Kürdəmir sakinlərinin bir qisminin narazılığına səbəb olub.
Sözügedən paylaşım Facebook sosial şəbəkəsində müzakirələrə yol açıb. Həm Kəramətin öz səhifəsində, həm də Kürdəmirlə bağlı səhifələrdə paylaşımı ətrafında fikir mübadiləsi aparılıb.
Yazıçının səhifəsindəki paylaşımının altında Azərbaycanın ən isti təbiəti olan Kürdəmirə lağ edən çoxlu rəy yazılıb. Məsələn, bir izləyici “yəqin soyuqdəymən var, ona görə səni ora göndəriblər” yazıb.
Bu və buna oxşar başqa rəylər, eləcə də yazıçının ironiyalı paylaşımı əslən Kürdəmirdən olanları qəzəbləndirib.
“Kürdəmir” adlı səhifədə də paylaşımla bağlı müzakirə açılıb və Kəramətin rayonla bağlı ironiyasını yersiz hesab edib və ona sərt şəkildə cavab veriblər. Məsələn, rəylərdən biri “Kürdəmirlə bağlı ucuz reklam axtaranların özləri ucuz insanlardır” olub. Bəziləri hətta onu hədələyiblər də.
Məsələnin maraqlı tərəfi isə Kəramət Böyükçölün bu cür ironik paylaşımlarının zaman-zaman sosial şəbəkələrdə müzakirə predmetinə çevrilməsidir.
Kəramətin zarafat kimi etdiyi paylaşımın yaratdığı reaksiyalar göstərir ki, sosial şəbəkələrdə yumorla qəbul edilən bir ifadə real həyatda heç də hər kəs tərəfindən eyni cür qarşılanmaya bilər.///modern.az
12:05 / 18 Avqust 2026
1
11:54 / 18 Avqust 2026
21
11:48 / 18 Avqust 2026
44
11:45 / 18 Avqust 2026
41
11:36 / 18 Avqust 2026
42
11:29 / 18 Avqust 2026
42
11:21 / 18 Avqust 2026
56
11:17 / 18 Avqust 2026
47
11:17 / 18 Avqust 2026
49
11:13 / 18 Avqust 2026
177
11:03 / 18 Avqust 2026
55
10:43 / 18 Avqust 2026
164
10:39 / 18 Avqust 2026
61
10:34 / 18 Avqust 2026
69
10:25 / 18 Avqust 2026
58
10:23 / 18 Avqust 2026
61
10:14 / 18 Avqust 2026
59
10:14 / 18 Avqust 2026
226
09:59 / 18 Avqust 2026
69
09:48 / 18 Avqust 2026
60
09:33 / 18 Avqust 2026
189
09:26 / 18 Avqust 2026
73
09:08 / 18 Avqust 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.