Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
07 Noyabr 2026, 16:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
241
17.08.2026, 23:13
Rusiya rəsmilərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər, davranışlar, bəyanatlar qarşıdurma yaradır və hüquqi məsuliyyət doğurur.
Bunu Oxu24.com-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanın dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Rusiya tərəfi iki ölkə arasındakı münasibətlərə xələl gətirə biləcək addımlar atmaqda davam edir. Deputat bildirib ki, bu cür açıqlamalar nə beynəlxalq hüquqa, nə də qarşılıqlı münasibətlərə uyğundur.
"‘Moskva 24" telekanalında Rusiya rəsmiləri və müxbir tərəfindən səsləndirilən fikirlər bunun növbəti bariz nümunəsidir. Ümumiyyətlə, başqa bir dövlətin daxili işlərinə müdaxilə etmək, Konstitusiyaya dəyişikliklərlə bağlı çağırışlar səsləndirmək ciddi hüquq pozuntusudur və hüquqi məsuliyyət yaradır", - deyə C.Məmmədov vurğulayıb.
O qeyd edib ki, Azərbaycan dəfələrlə Rusiya tərəfinin diqqətinə çatdırıb ki, bu ölkənin rəsmiləri və televiziya kanalları açıqlamalarında və səsləndirdikləri fikirlərdə diqqətli olmalıdırlar.
"Bu cür davranışlar, fikirlər və bəyanatlar qarşıdurma yaradır və hüquqi məsuliyyət doğurur. Azərbaycan da beynəlxalq hüququn tələblərinə uyğun olaraq, bu şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində addımlar atır", - deputat əlavə edib.
C.Məmmədov hesab edir ki, Rusiya tərəfi bu cür açıqlamaların qarşısını almalı və belə bəyanatlar səsləndirən şəxslərə qarşı ciddi tədbirlər görməlidir.
"Rusiya bir tərəfdən Azərbaycanla münasibətlərinin yaxşı olduğunu bildirir, digər tərəfdən isə ölkəmizə qarşı müxtəlif ittihamlar irəli sürür. Bu cür addımlara son qoyulmalı, ikitərəfli münasibətlərin inkişafı istiqamətində işlər görülməlidir", - deyə deputat bildirib.
Həmçinin oxuyun
16:55 / 07 Noyabr 2026
1
16:31 / 07 Noyabr 2026
55
15:55 / 07 Noyabr 2026
76
15:23 / 07 Noyabr 2026
428
15:17 / 07 Noyabr 2026
120
15:02 / 07 Noyabr 2026
232
14:52 / 07 Noyabr 2026
554
14:47 / 07 Noyabr 2026
160
14:41 / 07 Noyabr 2026
245
14:36 / 07 Noyabr 2026
123
14:18 / 07 Noyabr 2026
204
13:57 / 07 Noyabr 2026
479
13:41 / 07 Noyabr 2026
1042
13:27 / 07 Noyabr 2026
494
13:12 / 07 Noyabr 2026
128
13:03 / 07 Noyabr 2026
462
12:49 / 07 Noyabr 2026
134
12:45 / 07 Noyabr 2026
143
12:45 / 07 Noyabr 2026
185
12:36 / 07 Noyabr 2026
380
12:23 / 07 Noyabr 2026
143
12:16 / 07 Noyabr 2026
796
11:58 / 07 Noyabr 2026
374
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.