Qaynar xətt:

(+99450) 247 90 86

Sızanaq ilə mübarizədə zəli müalicəsi: Hirudoterapiya nə dərəcədə effektivdir?  

Sızanaq ilə mübarizədə zəli müalicəsi: Hirudoterapiya nə dərəcədə effektivdir?  

CƏMİYYƏT

69

17.08.2026, 14:45

Sivilcələr dərialtı piy vəziləri və tük follikullarının xroniki iltihabi patologiyası olub, tez-tez görünən xarici səbəb olmadan kəskinləşə bilir. Bu zaman dərialtı piy kanallarının tutulması və bakteriyaların çoxalması nəticəsində üz, boyun və kürək nahiyələrində irinli infiltratlar əmələ gəlir. Mütəxəssislər bildirirlər ki, aknenin kompleksi müalicəsində alternatiz-bərpaedici təbabət metodu olan hirudoterapiyanın (tibb zəlisi ilə müalicə) tətbiqi yüksək klinik effektivlik göstərir.

Oxu24.com xəbər verir ki, Hirudoterapiya proseduru zamanı zəlilər birbaşa zədələnmiş, iltihablaşmış sivilcənin üzərinə deyil, spesifik refleksogen zonalara və qan-limfa dövranını tənzimləyən nahiyələrə yerləşdirilir:

•Tətbiq olunan nahiyələr: Əsasən başın arxa hissəsi (3 ədəd), kürək nahiyəsi (6 ədəd) və bel zonası (5 ədəd) seçilir.

•Prosedurun gedişatı: Bu nöqtələrdən həyata keçirilən seanslar ümumi qan dövranındakı durğunluğu aradan qaldırır və toxumalara düşən yükü azaldır.

Zəlinin müalicəvi təsiri onun sancması zamanı dərinin dərin qatlarına ifraz etdiyi tüpürcək vəzi sekretinin tərkibindəki biologik aktiv maddələrlə bağlıdır:

•Təbii antiseptik və antioksidant: Zəli sekretində olan hirudin, hyaluronidaza və digər fermentlər güclü antimikrob təsir göstərərək patogen mikrofloranın çoxalmasını dayandırır.

•Qan dövranının və mikrosirkulyasiyanın bərpası: İltihab ocağında qan və limfa sirkulyasiyası bərpa olunur, hüceyrələrin oksigenlə təchizatı yaxşılaşır.

•Toxumaların regenerasiyası: Biologik aktiv maddələrin dərinin dərin qatları tərəfindən sorulması nəticəsində dərialtı piy kanallarındakı tutulmalar açılır, irinli infiltratlar sürətlə sorulur və sivilcələrin tədricən çəkilməsi (involyusiyası) təmin edilir.

Həkim-mütəxəssislərin qeyd etdiyinə görə, hirudoterapiya seansları düzgün nöqtələrdən aparıldıqda həm aknenin ilkin səbəblərini neytrallaşdırır, həm də dəridə qalan ləkə və çapıqların regenerasiyasına kömək edir.