Qaynar xətt:

(+99450) 247 90 86

Məzarı dağılmış görkəmli incəsənət xadimi   -FOTO

Məzarı dağılmış görkəmli incəsənət xadimi   -FOTO

CƏMİYYƏT

38

17.08.2026, 13:22

Görkəmli rəssam,Əməkdar incəsənət xadimi Cavad Mircavadovun məzarı ilə bağlı xoşagəlməz görüntülər yayılıb.

Oxu24.com xəbər verir ki,yayılan fotolarsda görkəmli rəssamın məzarının baxımısz vəziyyətdə olması əks olunub.

Fotoları paylaşan Ülviyyə Heydərova bu sözləri yazıb:

"Ümid edirəm böyük rəssamın məzarı aidiyyatı qurumlar, təşkilatlar tərəfindən nəzarətə götürülərək bərpa olunacaq. Sual oluna bilər ki, bəs, hanı Mircavadın ailəsi? Yoxdur ailəsi. Həyat yoldaşı Lyuba xanım bir neçə il əvvəl rəhmətə gedib. Yeganə oğlu, bildiyim qədərilə, Danimarkada yaşayır və ölkə ilə yaxından, uzaqdan əlaqəsi yoxdur. Amma biz ki Varıq. Ölkənin milli, mənəvi dəyərlərinə sahib çıxmağa ki gücümüz var".

C. Mircavadov 1923-cü il yanvarın 19-da Bakıda doğulub. Uşaqlığı Bakının Fatmayı kəndində keçib. O 1938-ci ildə, 15 yaşı olanda «Azərbaycan” kinoteatrına, afişaçəkən rəssam Zarubinin yanında işə düzəlir. Kinoteatrın baş rəssamı afişa işlərinin hamısını ona tapşırır. Burada 1 il çalışdıqdan sonra işə gecikdiyi üçün 6 ay müddətində həbs edilir və Bayıl həbsxanasına göndərilir.

1941-1949-cu illərdə Mircavadov Bakıda rəssamlıq məktəbində ilk rəsm təhsilini alır. Hələ məktəbdə oxuduğu illərdə o, Pol Sezanın əsərlərindən ibarət bir kitabla tanış olur və 1949-cu ildə buradakı təhsilinin tamamladıqdan sonra Sezanın əsərlərini Ermitajda görmək məqsədilə Leninqrada yola düşür. 1949–1954-cü illərdə Leninqradda yaşamış, Dövlət Ermitajında fəhlə kimi çalışmışdır.[3]Onun məqsədi Ermitajda sərgilənən rəsmlərlə yaxından tanış olmaq idi. Bu məqsədlə rəssam 5 il müddətində burada çalışır. Eyni zamanda, gənc rəssam tez-tez Moskvaya səfər edir və gənclik illərində Sezanın davamçıları olan böyük sovet rəssamlarından bəziləri ilə tanış olmaq imkanı qazanır. Bu rəssamlardan biri də “Bubnovıy Valet”in və bədii birliyin əsasını qoyan Pyotr Petroviç Konçalovski idi.

1954-cü ildə Leninqraddan Bakıya qayıdaraq 10 il ərzində öz təcrübələrində təsviri sənət üçün ənənəvi olmayan materiallardan – metal, daş, qum, bitum, qatran və sementdən istifadə etməyə başlayıb. Daha sonra dostları ilə Qobustana yollanan rəssam bir müddət burada yaradıcılıqla məşğul olur. Daha sonra Buzovnada 10 il müddətində tərki dünya həyat tərzi yaşadıqdan sonra Mircavadov 1966-cı ildə yenidən Bakıya qayıdır.

O Lyubov Mircavadova ilə ailə həyatı qurmuş, cütlüyün bu evlilikdən Xəzri adlı oğlu dünyaya gəlib.

 

Jalə