Xocavənddə mina partlayışında xəsarət alanların SON DURUMU
12 Avqust 2026, 22:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
63
12.08.2026, 23:40
Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün sentyabrın 17-də imtahan keçirəcək.
Oxu24.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub:
"Həmin şəxslər 12 avqust 18:00-dan 7 sentyabr saat 18:00-dək qeydiyyatdan keçməlidirlər. İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (//ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər.
Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanı DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı), DİM-in Bərdə Regional Bölməsində (Bərdə ş.,H.Əliyev prospekti, 100), Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə və Naxçıvan şəhəri 4 saylı orta məktəb keçiriləcəkdir.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə biləcəklər.
İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir.
Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir"
23:59 / 12 Avqust 2026
37
23:03 / 12 Avqust 2026
63
22:50 / 12 Avqust 2026
68
22:15 / 12 Avqust 2026
77
22:04 / 12 Avqust 2026
69
21:53 / 12 Avqust 2026
81
21:19 / 12 Avqust 2026
114
21:12 / 12 Avqust 2026
82
21:02 / 12 Avqust 2026
89
21:00 / 12 Avqust 2026
611
20:44 / 12 Avqust 2026
70
20:33 / 12 Avqust 2026
501
20:19 / 12 Avqust 2026
93
20:18 / 12 Avqust 2026
345
20:16 / 12 Avqust 2026
75
20:14 / 12 Avqust 2026
79
19:45 / 12 Avqust 2026
75
19:40 / 12 Avqust 2026
86
19:15 / 12 Avqust 2026
85
19:05 / 12 Avqust 2026
1480
19:00 / 12 Avqust 2026
89
18:55 / 12 Avqust 2026
78
18:29 / 12 Avqust 2026
292
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.