Gülnaz Qənbərli xəstəxanaya yerləşdirilib
02 Noyabr 2026, 00:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
350
12.08.2026, 21:19
"Abituriyent" jurnalının 4-cü sayında 2026-2027-ci tədris ili üzrə qəbul aparılan ali təhsil müəssisələrinin siyahısında Naxçıvan Müəllimlər İnstitutunun adının yer almaması təhsil ictimaiyyətində suallar yaradıb. DİM-in məlumatına görə, jurnal 2026-2027-ci tədris ili üzrə qəbul və ixtisas seçimi ilə bağlı əsas məlumatları əhatə edir. Eyni zamanda, mövcud məlumatlarda institutun həm bakalavriat, həm də magistratura üzrə bu il qəbul planında nəzərdə tutulmadığı bildirilir.
Bəs, bir ali təhsil müəssisəsinin qəbul planında yer almaması hansı səbəblərlə bağlı ola bilər və bu hal avtomatik olaraq həmin müəssisənin fəaliyyətinin dayandırılması və ya bağlanması anlamına gəlirmi?
Oxu24.com xəbər verir ki,daha bir ali təhsil ocağının fəaliyyəti DAYANDIRILIR - AÇIQLAMAMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, məhz Naxçıvan Müəllimlər İnstitutu və Qızlar Universiteti ilə bağlı belə bir açıqlama verilmişdi ki, hər iki universitetə magistraturaya qəbul dayandırılacaq.
.
"Bu, rəsmi şəkildə elan olunmuşdu. Az sonra Qızlar Universitetinin akkreditasiya standartlarına uyğunsuzluğu elan edilərək fəaliyyəti dayandırıldı. Naxçıvan Müəllimlər İnstitutunun da magistraturaya qəbulunun dayandırılması ilə bağlı fikir qəti idi və gözlənilirdi ki, bakalavriat səviyyəsi üzrə də qəbul aparılmayacaq. Artıq Dövlət İmtahan Mərkəzinin bu iradəni göstərməsi ondan xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyəti başa çatmış hesab oluna bilər".
Ekspert qeyd edib ki, əlində bununla bağlı rəsmi fakt olmadığı üçün bunu yalnız ehtimal kimi bildirir:
"Əgər Dövlət İmtahan Mərkəzi bu il Naxçıvan Müəllimlər İnstitutuna qəbul aparmırsa, bu, institutda tədris prosesinin yekunlaşmaq üzrə olduğunu göstərə bilər. Yəqin ki, Qızlar Universitetindən fərqli olaraq, burada mövcud tələbələrin təhsillərini başa vurmaları gözlənilir. Qızlar Universitetinin bağlanması tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə gətirib çıxardı. Görünür, Naxçıvan Müəllimlər İnstitutu ilə bağlı qərar bir qədər fərqlidir. Ola bilsin ki, burada mövcud tələbələrin təhsil müddəti başa çatana qədər institut fəaliyyətini davam etdirsin".
00:26 / 02 Noyabr 2026
27
00:06 / 02 Noyabr 2026
153
23:52 / 01 Noyabr 2026
119
23:45 / 01 Noyabr 2026
392
23:40 / 01 Noyabr 2026
75
23:27 / 01 Noyabr 2026
125
23:25 / 01 Noyabr 2026
317
23:14 / 01 Noyabr 2026
145
23:00 / 01 Noyabr 2026
371
22:56 / 01 Noyabr 2026
98
22:04 / 01 Noyabr 2026
104
21:49 / 01 Noyabr 2026
124
21:49 / 01 Noyabr 2026
104
21:26 / 01 Noyabr 2026
254
21:14 / 01 Noyabr 2026
278
20:55 / 01 Noyabr 2026
209
20:49 / 01 Noyabr 2026
110
20:35 / 01 Noyabr 2026
720
20:24 / 01 Noyabr 2026
148
20:20 / 01 Noyabr 2026
342
19:59 / 01 Noyabr 2026
168
19:55 / 01 Noyabr 2026
215
19:50 / 01 Noyabr 2026
498
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.