Qızılın qiyməti ilk dəfə bu qədər aşağı düşdü
01 Sentyabr 2026, 23:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
395
12.08.2026, 17:21
Avqust ayının əvvəli olsa da, hava vaxtından tez sərinləşib. Ümumilikdə isə bu il yay mövsümündə əvvəlki illərlə müqayisədə şiddətli istilərin daha az müşahidə edildiyi diqqət çəkir.
Havaların belə keçməsi mövsüm üçün nə dərəcədə normaldır və qarşıdakı günlərdə bizi hansı hava şəraiti gözləyir?
Oxu24.com xəbər verir ki, ekoloq Sadiq Həsənov Demokrat.az-a açıqlamasında söyləyib ki, bu il kəskin istilər olmasa da, hava o qədər də mülayim keçməyib:
“Bu, Azərbaycan, xüsusilə də Bakı-Abşeron üçün xarakterik iqlim və temperatur göstəriciləridir. Adətən avqust ayının əvvəllərində, iyul ayının sonlarında havanın temperaturu 40 dərəcəyə qədər çatırdı. Bu il isə temperatur bir qədər aşağı oldu. Ancaq havalar o qədər də sərin keçmədi, ümumilikdə isti hava müşahidə edildi. Yəni bunu normal iqlim şəraiti kimi qiymətləndirə bilərik. Bu il hava nə çox yüksək, nə də çox aşağı temperaturla müşahidə olundu. İqlim orta göstəricilərə uyğun keçdi. Külək məsələsinə gəldikdə isə nəzərə alaq ki, Bakı-Abşeron yarımadası Xəzər dənizinin içərisinə doğru uzanmış vəziyyətdədir. Buna görə də həm şimaldan, həm cənubdan, həm şərqdən, həm də qərbdən gələn hava kütlələrinin təsirinə məruz qalır. Burada formalaşan küləklər, əsasən, Xəzər dənizinin şimalında, Rusiya və Qazaxıstan əraziləri arasında formalaşan hava kütlələri ilə əlaqədardır. Temperaturun yüksəlməsi zamanı torpaq daha tez qızır və tez də soyuyur. Xəzər dənizi isə gec qızır və gec soyuyur. Bunun nəticəsində atmosfer təzyiqində fərq yaranır”.
Ekoloq bildirib ki, normal halda atmosfer təzyiqi təxminən bir atmosfer olur:
“Lakin müəyyən hallarda burada 0,35-0,38, bəzən isə 0,40 atmosferə qədər təzyiq fərqi yarana bilir. Bunu millibarla ifadə etsək, 1035, 1037 və 1033 millibar kimi göstəricilər müşahidə olunur. Şimalda təzyiqin daha yüksək olması nəticəsində Xəzri küləkləri yaranır və bu küləklər şimaldan cənuba doğru əsir. Xəzər dənizi uzunsov formada olduğuna görə Xəzri küləkləri şimaldan başlayaraq cənuba doğru hərəkət edir. Bu küləklərin sürəti bəzən saniyədə 30-35, hətta 40 metrə qədər çata bilir. Bu da Bakı üçün xarakterik iqlim xüsusiyyətlərindən biridir. Xəzər dənizinin cənub hissəsində isə külək Elburs dağlarına toxunduqdan sonra İran ərazisində, Xəzərin cənub sahillərində istiqamətini dəyişərək geri qayıdır və Gilavar küləyi yaranır. Buna cənub küləyi də deyilir. Yəni Bakı-Abşeron yarımadası Xəzər dənizinin içərisinə doğru uzandığı üçün həm şimaldan, həm də cənubdan gələn küləklərin daimi təsirinə məruz qalır. Qış aylarında isə vəziyyət bir qədər fərqli olur. Bu dövrdə arktik hava kütlələri gəlir. Həmin soyuq hava kütlələri Böyük Qafqaz sıra dağlarına toxunaraq Xəzər dənizinin şimalındakı dar keçiddən dənizə daxil olur. Cənubdan gələn siklonlar isə Aralıq dənizi və Afrika istiqamətindən hərəkət edən hava kütlələri ilə əlaqədardır və onlar da Bakı-Abşeronun iqliminin formalaşmasına təsir göstərir. İndiki halda müşahidə etdiyimiz hava şəraiti Bakı-Abşeron üçün normal və xarakterik iqlim göstəricilərinə uyğundur”.
Həmçinin oxuyun
23:47 / 01 Sentyabr 2026
54
23:41 / 01 Sentyabr 2026
154
23:12 / 01 Sentyabr 2026
60
23:04 / 01 Sentyabr 2026
79
22:53 / 01 Sentyabr 2026
50
22:31 / 01 Sentyabr 2026
61
22:00 / 01 Sentyabr 2026
77
21:54 / 01 Sentyabr 2026
96
21:40 / 01 Sentyabr 2026
108
21:37 / 01 Sentyabr 2026
184
21:22 / 01 Sentyabr 2026
82
21:09 / 01 Sentyabr 2026
74
20:51 / 01 Sentyabr 2026
65
20:37 / 01 Sentyabr 2026
174
20:18 / 01 Sentyabr 2026
81
20:13 / 01 Sentyabr 2026
83
20:07 / 01 Sentyabr 2026
105
19:58 / 01 Sentyabr 2026
741
19:50 / 01 Sentyabr 2026
111
19:25 / 01 Sentyabr 2026
122
19:00 / 01 Sentyabr 2026
95
18:49 / 01 Sentyabr 2026
87
18:36 / 01 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.