Birinci vitse-prezident Mehriban Əliyeva bu tamaşanı izləyib -FOTOLAR
02 Noyabr 2026, 00:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
317
21.09.2026, 23:29
Sabah Bakının Yasamal, Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Oxu24.com xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 22-də Yasamal, Sabunçu və Xəzər rayonlarının elektrik şəbəkələrində təmir və yenidənqurna işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transfornator Məntəqəsində (TM) həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Xaqan Dadaşov, İsmayıl Talıblı, Vasif Əliyev, Zahid Kərimov, Zaur Kərimov küçələri, Hüseyn Cavid və Mətbuat prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Sabunçu RETSİ-yə daxil olan Bakıxanov qəsəbəsi Şərq və Ramiz Qəmbərov küçələrində yeni Özünüdaşıyan İzolyasiyalı Naqillərin (ÖİN) çəkilişi ilə əlaqədar saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Xəzər RETSİ ərazisində 6 kV-luq elektrik naqilləri yenisi ilə əvəz olunacaq. Yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi, Abşeron və İzmir küçələrinin bəzi ərazilərində enerjinin verilişi məhdudlaşdırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
01:12 / 02 Noyabr 2026
76
00:41 / 02 Noyabr 2026
110
00:26 / 02 Noyabr 2026
100
00:06 / 02 Noyabr 2026
299
23:52 / 01 Noyabr 2026
209
23:45 / 01 Noyabr 2026
710
23:40 / 01 Noyabr 2026
106
23:27 / 01 Noyabr 2026
162
23:25 / 01 Noyabr 2026
407
23:14 / 01 Noyabr 2026
182
23:00 / 01 Noyabr 2026
445
22:56 / 01 Noyabr 2026
124
22:04 / 01 Noyabr 2026
134
21:49 / 01 Noyabr 2026
146
21:49 / 01 Noyabr 2026
124
21:26 / 01 Noyabr 2026
290
21:14 / 01 Noyabr 2026
320
20:55 / 01 Noyabr 2026
252
20:49 / 01 Noyabr 2026
120
20:35 / 01 Noyabr 2026
764
20:24 / 01 Noyabr 2026
157
20:20 / 01 Noyabr 2026
363
19:59 / 01 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.