Trampdan İranla bağlı AÇIQLAMA
01 Noyabr 2026, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
312
21.09.2026, 23:14
Xəzər dənizində suyun səviyyəsinin azalması mühüm problem kimi bir ildən çoxdur ki, regional görüşlərdə müzakirəyə çıxarılır.
Oxu24.com xəbər verir ki, bu barədə İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatından bildirilib.
"Xəzər dənizinin su səviyyəsinin azalması mühüm problemlərdən biri kimi bir ildən artıqdır ki, regional görüşlərdə müzakirəyə çıxarılıb və üzv ölkələr bunun regional fəaliyyət planı çərçivəsində izlənilməsinin zəruriliyini vurğulayır", - məlumatda qeyd olunub.
Əlavə edilib ki, İranın regional fəaliyyət planının hazırlanması ilə bağlı təklifi Konvensiya Katibliyinə, üzv ölkələrə artıq təqdim olunub və bu məsələ hazırda texniki cəhətdən araşdırılır.
Qeyd edək ki, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasının (Tehran Konvensiyası) müvəqqəti katibliyi hazırda BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən Cenevrədə (İsveçrə) idarə olunur. 20–23 sentyabr 2026-cı il tarixlərində Tehranda Tərəflər Konfransının 7-ci sessiyası (COP7) çərçivəsində İran Konvensiyaya növbəti dövr üçün rotasiya qaydasında sədrlik funksiyasını öz üzərinə götürüb.
Konvensiyanın daimi katibliyinin yeri ilə bağlı sahilyanı ölkələr arasında (o cümlədən əvvəlki illərdə Bakı, yaxud Tehrana köçürülməsi barədə) müxtəlif təkliflər və müzakirələr aparılsa da, rəsmi olaraq müvəqqəti katiblik fəaliyyətini UNEP-in Cenevrə regional ofisində davam etdirir./report
11:09 / 01 Noyabr 2026
44
11:03 / 01 Noyabr 2026
30
11:01 / 01 Noyabr 2026
30
11:00 / 01 Noyabr 2026
33
10:07 / 01 Noyabr 2026
17
09:05 / 01 Noyabr 2026
18
23:55 / 31 Oktyabr 2026
3147
23:52 / 31 Oktyabr 2026
430
23:44 / 31 Oktyabr 2026
624
23:22 / 31 Oktyabr 2026
143
22:59 / 31 Oktyabr 2026
300
22:32 / 31 Oktyabr 2026
2380
22:31 / 31 Oktyabr 2026
209
21:19 / 31 Oktyabr 2026
157
21:09 / 31 Oktyabr 2026
158
20:59 / 31 Oktyabr 2026
4813
20:51 / 31 Oktyabr 2026
304
20:46 / 31 Oktyabr 2026
171
20:37 / 31 Oktyabr 2026
155
20:33 / 31 Oktyabr 2026
205
20:25 / 31 Oktyabr 2026
127
19:58 / 31 Oktyabr 2026
526
19:44 / 31 Oktyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.