Meteohəssas insanların NƏZƏRİNƏ
11 Avqust 2026, 14:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
63
11.08.2026, 13:45
Bakı Metropoliteninin iş rejimində nəzərdə tutulan dəyişikliklər və 11 ay davam edəcək texniki işlər ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Qaydalara görə, "Nizami" – "28 May" istiqamətində hərəkət edən sərnişinlər metrodan çıxaraq yerüstü ekspress avtobusa minmək və təyinat məntəqəsinə çatmaq üçün yenidən metroya daxil olmaq məcburiyyətində qalacaqlar. Eyni səfər çərçivəsində təkrar ödəniş edilməsi zərurəti sərnişinlər arasında haqlı suallar və narahatlıq doğurur. Vətəndaşlar bu müddət ərzində ekspress avtobusların ödənişsiz olması və ya güzəştli keçid sisteminin tətbiq edilməsini məqsədəuyğun hesab edirlər. Nəqliyyat axınının düzgün idarə olunması və alternativ marşrutların səmərəliliyi hazırda ən aktual mövzulardan birinə çevrilib. Yaranmış vəziyyətin nəqliyyatın təşkilinə təsiri və hərəkətin təhlükəsizliyi mütəxəssislər tərəfindən təhlil edilir.
Mövzu ilə bağlı Oxu24.com-a nəqliyyat eksperti Aslan Əsədov məsələni şərh edib.
Ekspert bildirib ki, alternativ nəqliyyat vasitələrindən istifadə qaydalarının təsbit olunması hərəkətin təşkilində əsas zərurətlərdən biridir:
"Hazırda müzakirə etdiyimiz mövzu nəqliyyatın təşkilində ən ümdə məsələlərdən biridir. Yol hərəkətinin təşkilində və təsbit edilməsində əsas zərurətlərdən biri də ekspress və ya digər alternativ nəqliyyat vasitələrinin istifadə qaydalarının müəyyənləşdirilməsi, daha rahat və çevik hərəkətin təşkilinə rəvac verə biləcək addımların atılmasıdır”.
Onun sözlərinə görə, biz bu gün nəqliyyat axınlarının təsbit edilməsində, hərəkət təhlükəsizliyinin və qabiliyyətinin artırılmasında yeraltı nəqliyyatdan — metrodan istifadə edən sərnişinlərin yerüstündə də eyni xidməti ala biləcəyinə ümid edirik:
“Doğrudur, burada müqayisə aparmağa belə ehtiyac yoxdur; bir vaqonun daşıdığı sərnişin sayını iri tutumlu avtobus daşıya bilməz. Ona görə də istər-istəməz böyük bir fərq yaranır. Bu fərqin aradan qaldırılması üçün atılan addımlar təqdirəlayiqdir və bunun üçün əsas predmet fəaliyyət mexanizmlərini dəqiq təsbit etməkdir”.
Aslan Əsədov qeyd edib ki, bu nöqteyi-nəzərdən müxtəlif formatlı nəqliyyat vasitələrinin idarə olunmasını zərurət sayaraq daha geniş, təcrübədən və sınaqdan keçmiş nəqliyyat vasitələrinin hərəkətini artırmağa çalışmalıyıq.
O, metronun bütün gücünü tikintiyə yönəltməklə daha çevik iş qrafikinin aparılmasına və təsbit edilməsinə ehtiyac olduğunu vurğulayaraq fikrini tamamlayıb.
Çimnaz Telmanqızı
14:50 / 11 Avqust 2026
1
14:48 / 11 Avqust 2026
12
14:24 / 11 Avqust 2026
52
14:05 / 11 Avqust 2026
60
14:00 / 11 Avqust 2026
53
13:59 / 11 Avqust 2026
53
13:57 / 11 Avqust 2026
55
13:45 / 11 Avqust 2026
153
13:41 / 11 Avqust 2026
57
13:36 / 11 Avqust 2026
54
13:30 / 11 Avqust 2026
121
13:30 / 11 Avqust 2026
65
13:17 / 11 Avqust 2026
62
13:15 / 11 Avqust 2026
66
13:11 / 11 Avqust 2026
58
13:08 / 11 Avqust 2026
67
13:02 / 11 Avqust 2026
63
12:59 / 11 Avqust 2026
69
12:53 / 11 Avqust 2026
128
12:49 / 11 Avqust 2026
66
12:45 / 11 Avqust 2026
61
12:39 / 11 Avqust 2026
83
12:35 / 11 Avqust 2026
252
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.