Metroda 11 aylıq məhdudiyyət və avtobus keçidi: Sərnişinlər üçün güzəşt tətbiq oluna bilərmi? — AÇIQLAMA
11 Avqust 2026, 13:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
70
11.08.2026, 12:09
Son günlər sosial şəbəkələrdə Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsi çərçivəsində təqdim olunan vakansiyaların əvvəlki illərlə müqayisədə kəskin azalması geniş müzakirələrə səbəb olub. Xüsusilə bəzi ixtisaslar üzrə cəmi bir neçə yerin ayrılması, bəzi fənlər üzrə isə ümumiyyətlə vakansiyanın elan edilməməsi müəllim namizədləri arasında ciddi narazılıq və narahatlıq yaradıb. Namizədlər mövcud mənzərəni kadr artıqlığı, məktəblərin tələbatının azalması və ya planlaşdırma məsələlərində yarana biləcək problemlərlə əlaqələndirirlər. Yaranan vəziyyət təhsil sistemindəki kadr siyasəti və dərs yükünün bölgüsü mövzusunu yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən təhsil eksperti narahatlıqların əsas səbəblərinə və vakansiya sayının formalaşma mexanizminə aydınlıq gətirib.
Məsələ ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli Oxu24.com-a bildirib ki, mövcud vəziyyətə yalnız "vakansiyalar azalıb" prizmasından yanaşmaq düzgün deyil:
"Müəllimlərin işə qəbulu üzrə vakansiya sayının əvvəlki illərlə müqayisədə azalmasının bir neçə əsas səbəbi var. İlk növbədə, məktəblərin müəllim kadrlarına olan ciddi ehtiyacının tədricən azalmasını qeyd etmək lazımdır. Əgər əvvəlki illərdə müəyyən fənlər üzrə kadr çatışmazlığı var idisə və bu istiqamətdə qəbullar aparılıbsa, zaman keçdikcə həmin tələbat müəyyən qədər təmin olunur”.
Ekspertin sözlərinə görə, digər tərəfdən, burada kadr artıqlığı məsələsi də nəzərə alınmalıdır:
“Bəzi fənlər və ya müəyyən regionlar üzrə müəllim sayı məktəblərin real dərs yükündən çox ola bilir. Bu halda yeni vakansiyaların açılması əvəzinə mövcud kadrların dərs yükünün optimallaşdırılması daha məntiqli yanaşmadır. Çünki hər il çoxlu sayda yeni müəllimin sistemə qəbul edilməsi mövcud müəllimlərin dərs saatlarının azalmasına və gələcəkdə kadr balansının pozulmasına gətirib çıxara bilər”.
Ekspert vurğulayıb ki, vakansiya sayı sabit göstərici deyil və hər il məktəblərin faktiki tələbatına uyğun olaraq formalaşır:
"Məktəblərin komplektləşdirilməsi, şagird sayının dəyişməsi, siniflərin sayı, müəllimlərin pensiyaya çıxması, işdən ayrılması və ya digər kadr hərəkətləri vakansiya sayına təsir göstərir. Lakin namizədlərin narahatlığını da başa düşmək lazımdır. Xüsusilə müəyyən fənlər üzrə cəmi bir neçə vakansiyanın olması və ya ümumiyyətlə təqdim edilməməsi namizədlərin MİQ imtahanındakı iştirak imkanlarını məhdudlaşdırır”.
Əmrah Həsənli əlavə edib ki, burada əsas məsələ vakansiya sayından daha çox, onların hansı meyarlarla və metodologiya ilə müəyyənləşdirildiyinin şəffaf izahıdır. Ekspert hesab edir ki, Elm və Təhsil Nazirliyi vakansiyaların formalaşdırılması metodologiyası barədə ictimaiyyətə daha ətraflı məlumat verəcək. Nazirlik bu istiqamətdə kifayət qədər ciddi addımlar atır və yaxın zamanlarda veriləcək ətraflı açıqlamalar namizədlər arasındakı narazılığı azaldacaq.
Çimnaz Telmanqızı
13:41 / 11 Avqust 2026
1
13:36 / 11 Avqust 2026
21
13:30 / 11 Avqust 2026
41
13:30 / 11 Avqust 2026
28
13:17 / 11 Avqust 2026
32
13:15 / 11 Avqust 2026
37
13:11 / 11 Avqust 2026
37
13:08 / 11 Avqust 2026
40
13:02 / 11 Avqust 2026
47
12:59 / 11 Avqust 2026
44
12:53 / 11 Avqust 2026
91
12:49 / 11 Avqust 2026
43
12:45 / 11 Avqust 2026
40
12:39 / 11 Avqust 2026
61
12:35 / 11 Avqust 2026
178
12:30 / 11 Avqust 2026
52
11:56 / 11 Avqust 2026
70
11:41 / 11 Avqust 2026
63
11:37 / 11 Avqust 2026
65
11:20 / 11 Avqust 2026
92
11:08 / 11 Avqust 2026
73
10:56 / 11 Avqust 2026
239
10:52 / 11 Avqust 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.