Bu ərazilərdə işıqlar sönəcək
31 İyul 2026, 01:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
50
31.07.2026, 01:07
Məlumdur ki, iyul ayı kifayət qədər isti keçir. Günəş altında isə hiss olunan temperatur daha da yüksək olur. Belə hava şəraitində benzin və dizel mühərrikli avtomobillər illərdir bu cür iqlim sınaqlarından uğurla çıxır. Lakin hibrid və elektromobillərdə vəziyyət bir qədər fərqlidir. Çünki bu nəqliyyat vasitələrinin batareyaları həm kəskin istiyə, həm də sərt soyuğa qarşı daha həssas hesab olunur.
Kəskin isti hava sözügedən avtomobillərə necə təsir edir?
Oxu24.com xəbər verir ki, Demokrat.az-a mövzu ilə bağlı danışan avtomobil eksperti Elçin Abbasov yay aylarında temperaturun 35-45°C-yə çatdığı ölkələrdə elektrikli və hibrid avtomobillərin istismarının müəyyən xüsusiyyətlər tələb etdiyini bildirib:
“Bir çox sürücü düşünür ki, yalnız soyuq hava batareyaya mənfi təsir göstərir. Halbuki yüksək temperatur da batareyanın ömrünə, yürüş məsafəsinə və avtomobilin ümumi səmərəliliyinə əhəmiyyətli təsir göstərir. “Litium-ion” batareyalar ən yüksək səmərəliliklə təxminən 20-30°C temperatur aralığında işləyir. Temperatur bu həddi keçdikdə batareyada kimyəvi reaksiyalar sürətlənir və uzunmüddətli köhnəlmə artır.
Buna görə müasir elektrikli avtomobillər batareyanı optimal temperaturda saxlamaq üçün xüsusi istilik idarəetmə sistemi ilə təchiz edilir. Bir çox sürücü yayda batareyanın daha yaxşı işləyəcəyini düşünsə də, çox isti havalarda kondisionerin intensiv işləməsi və batareyanın soyudulması əlavə enerji sərf edir. Nəticədə elektrikli avtomobillərdə yürüş məsafəsi adətən 5-15 faiz, çox ekstremal şəraitdə isə daha çox azala bilər. Hibrid avtomobillərdə də yanacaq sərfiyyatı arta bilər, çünki kondisioner və soyutma sistemi daha çox enerji tələb edir.
Yüksək temperatur “litium-ion” batareyaların təbii köhnəlməsini sürətləndirən əsas amillərdən biridir. Xüsusilə avtomobil günəş altında uzun müddət park edilərsə, batareya 100 faiz dolu vəziyyətdə saatlarla yüksək temperaturda qalarsa və tez-tez sürətli (DC) şarjdan istifadə olunarsa, batareyanın tutumu zamanla daha sürətli azalır. Elmi tədqiqatlar göstərir ki, isti iqlimlərdə batareya köhnəlməsi mülayim iqlimlə müqayisədə daha yüksək ola bilər.
Ekspert qeyd edib ki, “Tesla”, “BYD”, “Li Auto”, “Zeekr”, “Hyundai”, “Kia” və digər müasir istehsalçılar batareyanın temperaturunu avtomatik idarə edən maye soyutma sistemlərindən istifadə edirlər:
“Temperatur yüksələrsə, batareya soyudulur, şarj gücü müvəqqəti azaldıla bilər, yüksək güclü sürətlənmə məhdudlaşdırıla bilər və bəzi hallarda avtomobil park vəziyyətində belə soyutma sistemi işə düşə bilər. Bu tədbirlər batareyanın təhlükəsizliyini və uzunömürlülüyünü təmin etmək üçündür. Tam elektrikli avtomobillərlə müqayisədə hibridlərdə dartıcı batareya daha kiçikdir. Buna baxmayaraq, yüksək temperatur batareyanın soyudulmasına əlavə yük yaradır, kondisioner yanacaq sərfiyyatını artırır və mühərrik bölməsində istilik yüksəldiyi üçün soyutma sistemi daha intensiv işləyir. Nəticədə yay aylarında yanacaq sərfiyyatında müəyyən artım müşahidə oluna bilər.
İsti havalarda avtomobilin batareyasını qorumaq üçün avtomobili mümkün qədər kölgədə park etmək, onu uzun müddət 100 faiz doldurulmuş vəziyyətdə saxlamamaq, sürətli (DC) şarjdan yalnız ehtiyac olduqda istifadə etmək, şarjdan dərhal sonra avtomobili uzun müddət günəş altında park etməmək, imkan daxilində şarj zamanı avtomobili kölgədə saxlamaq və istehsalçının proqram yeniləmələrini vaxtında quraşdırmaq tövsiyə olunur. Çünki bu yeniləmələr istilik idarəetmə sisteminin işini daha da təkmilləşdirə bilər.
İsti hava elektrikli və hibrid avtomobillər üçün təhlükəli deyil, lakin onların iş rejiminə təsir göstərir. Müasir avtomobillər inkişaf etmiş soyutma sistemləri sayəsində batareyanı qoruyur. Bununla belə, sürücünün düzgün istismar vərdişləri kölgədə park etmə, lazımsız 100 faiz doldurmadan çəkinmə və həddindən artıq sürətli şarjdan sui-istifadə etməmə batareyanın ömrünü illərlə uzada bilər. Yüksək temperaturun təsiri əsasən yürüş məsafəsinin bir qədər azalması və batareyanın uzunmüddətli köhnəlməsinin sürətlənməsi ilə özünü göstərir. Düzgün istifadə qaydalarına riayət edildikdə isə elektrikli və hibrid avtomobillər ən isti iqlim şəraitində belə etibarlı şəkildə xidmət göstərə bilir”.
01:00 / 31 İyul 2026
51
00:52 / 31 İyul 2026
53
23:57 / 30 İyul 2026
86
23:56 / 30 İyul 2026
60
23:22 / 30 İyul 2026
103
22:58 / 30 İyul 2026
67
22:35 / 30 İyul 2026
62
22:27 / 30 İyul 2026
68
22:18 / 30 İyul 2026
69
21:05 / 30 İyul 2026
70
20:51 / 30 İyul 2026
82
20:21 / 30 İyul 2026
67
20:00 / 30 İyul 2026
71
19:30 / 30 İyul 2026
74
19:29 / 30 İyul 2026
87
19:18 / 30 İyul 2026
905
19:12 / 30 İyul 2026
337
19:12 / 30 İyul 2026
79
19:07 / 30 İyul 2026
73
18:57 / 30 İyul 2026
821
18:22 / 30 İyul 2026
70
18:01 / 30 İyul 2026
91
17:59 / 30 İyul 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.