Bu rayonda ağır qəza:Həyatını itirənlər var
17 Oktyabr 2026, 14:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
288
27.07.2026, 17:07
İranın Kəşfiyyat Nazirliyinin bəzi xarici media subyektləri, o cümlədən Azərbaycan dövlət televiziya kanalı olan AzTV-nin "düşmən media qurumları" siyahısına daxil etməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti ilə hədələnməsi təəccüb doğurur.
Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) bəyanatında qeyd edilib.
Qeyd olunub ki, Azərbaycan jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə sadiq olmaqla yanaşı, qarşılıqlılıq prinsipinin tətbiqini də təmin edir:
"Belə ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər".
MEDİA bəyan edib ki, müvafiq maddənin tələbləri və qarşılıqlılıq prinsipi nəzərə alınaraq, Azərbaycan milli maraqlarına zidd fəaliyyət göstərən, ölkənin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan media subyektlərinin - "Səhər" telekanalı və "Mehr" xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir.
"Azərbaycanda fəaliyyət göstərən bütün media subyektlərini və jurnalistləri ölkəmizin milli maraqlarına qarşı fəaliyyət göstərən yuxarıda adları çəkilən media qurumları və onların əlaqəli nümayəndələri ilə əməkdaşlıqdan çəkinməyə çağırır, media sahəsində beynəlxalq əməkdaşlığın yalnız qarşılıqlı hörmət və jurnalistlərin peşə müstəqilliyi əsasında həyata keçirilməli olduğunu bir daha vurğulayırıq", - deyə məlumatda bildirilib.
14:35 / 17 Oktyabr 2026
1
14:30 / 17 Oktyabr 2026
14
14:23 / 17 Oktyabr 2026
162
14:15 / 17 Oktyabr 2026
35
13:55 / 17 Oktyabr 2026
52
13:47 / 17 Oktyabr 2026
118
13:45 / 17 Oktyabr 2026
54
13:40 / 17 Oktyabr 2026
76
13:31 / 17 Oktyabr 2026
71
13:30 / 17 Oktyabr 2026
59
13:25 / 17 Oktyabr 2026
77
13:16 / 17 Oktyabr 2026
129
13:15 / 17 Oktyabr 2026
84
12:55 / 17 Oktyabr 2026
145
12:39 / 17 Oktyabr 2026
509
12:28 / 17 Oktyabr 2026
289
12:22 / 17 Oktyabr 2026
139
12:10 / 17 Oktyabr 2026
165
12:00 / 17 Oktyabr 2026
103
11:54 / 17 Oktyabr 2026
77
11:50 / 17 Oktyabr 2026
1027
11:48 / 17 Oktyabr 2026
78
11:37 / 17 Oktyabr 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.