9 avqustun ulduz falı — Səyahət və fərqli təcrübələr üçün uğurlu gündür
08 Avqust 2026, 23:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
426
16.07.2026, 20:56
Sentyabr ayından etibarən müəllimlərin işə qəbulu (MİQ) imtahanları ilə bağlı müzakirələr ölkə mətbuatının gündəmində geniş yer tutur. Son vaxtlar səsləndirilən əsas təkliflərdən biri pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrin universitetin son kursunda verdikləri yekun imtahan nəticələrinə əsasən birbaşa işlə təmin olunması və MİQ imtahanının ləğv edilməsidir. Təbii ki, bu modelin tətbiqinin nə dərəcədə real olması və yarada biləcəyi çətinliklər cəmiyyətdə müəyyən suallar doğurur.
Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Oxu24.com-a geniş açıqlama verərək məsələnin müxtəlif tərəflərinə aydınlıq gətirib.
"Universitetin profili kadr qəbul etmək deyil, kadr hazırlamaqdır"
Ramin Nurəliyev ilk növbədə bildirir ki, universitetlərin sonuncu kursda, təcrübədən sonra MİQ imtahanı formatında bir imtahan keçirərək məzunları birbaşa işlə təmin etməsi fikri tamamilə absurddur. Onun sözlərinə görə, universitetin profili bu istiqamətdə deyil, çünki ali məktəb hər hansı bir şəxsi sadəcə əmək bazarına hazırlayır. Əmək bazarına qəbul etmək isə universitetin profilinə aid olan bir məsələ deyil:
“Əgər əmək bazarına hər hansı bir dövlət qurumu və ya özəl sektor işçi qəbul edirsə, öz təklifləri və istəkləri istiqamətində qəbul prosesi aparmalı, yəni imtahan və ya müsahibə mərhələsi keçirməlidir. Universitetlərin bu proseduru həyata keçirməsi həm obyektivliyi tamamilə yerlə-yeksan edər, həm də müəyyən problemlər formalaşdırar”.
Həmsöhbətimiz qeyd edir ki, hazırda Azərbaycanda pedaqoji ixtisaslar üzrə kadr hazırlayan Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, eləcə də regionlardakı ali məktəblər və özəl universitetlər fəaliyyət göstərir. Ekspert sual edir: bu universitetlərin hər biri özünəməxsus imtahan və ya müsahibə keçirib əmək bazarına kadrmı verəcək?
Onun fikrincə, bu, ciddi qarışıqlığa səbəb olar. Məsələn, bir universitet fərqli, digəri isə tamam başqa formada imtahan və ya müsahibə mərhələsi keçirə bilər ki, bu da əməlli-başlı obyektivliyi pozar. Hər bir qurumun ayrıca imtahan keçirməsi bərabərliyi tamamilə sıradan çıxarır. Birinin sualları çətin, digərininki asan ola bilər və nəticədə qeyri-leqal addımların sayı artar. Buna görə də bu istiqamətdəki təşəbbüslərə qətiyyən yol vermək olmaz.
Bəs digər ixtisaslar necə olsun?
Ramin Nurəliyev diqqəti digər bir vacib məqama yönəldərək bildirir ki, əgər universitetlər MİQ imtahanının işini görəcəksə, digər ixtisasların taleyi necə olacaq? Universitet təkcə pedaqoji sahə üzrə məzun vermir, burada inşaat mühəndisliyi, maşın mühəndisliyi, iqtisadiyyat, mühasibatlıq, hüquq, tibb kimi müxtəlif ixtisaslar var:
“Əgər universitet bu işin altına girərsə, öz profilindən kənara çıxmış olar və üzərinə əlavə yük yükləmiş olar. Beynəlxalq təcrübədə də ali məktəbin işi sadəcə kadr hazırlamaqdır. Universitetlərimiz tələbələrə kifayət qədər bilik və bacarıq öyrətsinlər, bu, tamamilə kifayətdir. Türkiyə nümunəsində də ali məktəblər kadr hazırlayır, müvafiq qurum isə müəllimlik imtahanları keçirərək atamalar edir. Yəni proses tək bir qurum tərəfindən vahid formada həyata keçirilməlidir”.
Ekspert keçmiş təcrübələrə toxunaraq qeyd edir ki, bəziləri sosializm dövründə birbaşa təyinatla işlə təmin olunma sistemini xatırlada bilərlər:
“Biz artıq o dövrü geridə qoymuşuq və kapitalizm cəmiyyətində yaşayırıq. Kapitalizm cəmiyyətinin isə özünəməxsus tələbləri var və o, ən yaxşısının əmək bazarına çıxmasını tələb edir. Sosializm cəmiyyətində 500 nəfər müəllimə ehtiyac varsa, universitet o qədər məzun verirdi və hamısı işlə təmin olunurdu.
Kapitalizm cəmiyyətində isə 500 vakant yerə qarşılıq universitetlər 1500–2000 nəfər məzun verə bilər.
Burada isə ən yaxşıların seçilməsi üçün rəqabət formalaşır. İndiki sistemdə də universitetlər məzun verir, gənclər imtahana hazırlaşır və ən yaxşılar işlə təmin olunur”.
"MİQ imtahanını Dövlət İmtahan Mərkəzi (DİM) keçirməlidir"
Sonda Ramin Nurəliyev bildirir ki, universitet məzunlarının əlavə hazırlıqlara getmədən MİQ-də birbaşa uğur qazana bilməməsi ali məktəblərin öz əskikliyidir. Universitetlər əmək bazarının tələbinə uyğun kadr hazırlamalıdırlar, lakin onların işi seçmək deyil.
Ekspert təklif edir ki, müəllimlərin işə qəbulu imtahanını Elm və Təhsil Nazirliyi deyil, Dövlət İmtahan Mərkəzi (DİM) keçirsin. Çünki DİM dövlətin imtahan prosesini həyata keçirən və bu sahədə kifayət qədər təcrübəsi olan ixtisaslaşmış bir qurumdur. Müəllimlərin işə qəbulu imtahanının DİM tərəfindən həyata keçirilməsi ən optimal və yaxşı addım olar.
Çimnaz Telmanqızı
00:28 / 09 Avqust 2026
38
23:54 / 08 Avqust 2026
52
23:46 / 08 Avqust 2026
62
23:40 / 08 Avqust 2026
64
23:31 / 08 Avqust 2026
67
22:59 / 08 Avqust 2026
76
22:42 / 08 Avqust 2026
61
22:31 / 08 Avqust 2026
79
22:06 / 08 Avqust 2026
82
21:07 / 08 Avqust 2026
86
16:08 / 08 Avqust 2026
151
16:05 / 08 Avqust 2026
140
14:53 / 08 Avqust 2026
155
13:55 / 08 Avqust 2026
99
13:30 / 08 Avqust 2026
92
13:15 / 08 Avqust 2026
177
13:01 / 08 Avqust 2026
117
12:59 / 08 Avqust 2026
160
12:49 / 08 Avqust 2026
164
12:45 / 08 Avqust 2026
616
12:45 / 08 Avqust 2026
115
12:30 / 08 Avqust 2026
122
12:13 / 08 Avqust 2026
891
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.