Tanınmış müğənninin anası faciəvi şəkildə dünyasını dəyişdi
16 İyul 2026, 20:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
52
16.07.2026, 19:56
Azərbaycan kinosunun yüz ildən artıq tarixi ərzində müxtəlif dövrlərdə fərqli büdcələrlə ekran əsərləri çəkilib. Bəziləri böyük maliyyə dəstəyi ilə ərsəyə gələrək kino tariximizdə rekord qırıb, bəziləri isə olduqca məhdud imkanlarla çəkilməsinə baxmayaraq öz dövrünün ən yaddaqalan ekran işlərindən birinə çevrilib. Maraqlıdır ki, Azərbaycan kino tarixinin ən bahalı və ən ucuz filmləri arasında milyonlarla manat fərq olsa da, hər ikisi milli kino salnaməsində xüsusi yer tutur.
Oxu24.com üstəqillik dövründə çəkilən və kino tariximizin ən bahalı filmi hesab olunan ekran əsəri 2008-ci ildə rejissor Rövşən Almuradlının ərsəyə gətirdiyi "Cavad xan" filmidir. Tarixi-bədii film 1804-cü ildə Gəncə xanlığının Rusiya imperiyası tərəfindən işğalı və Gəncə hakimi Cavad xanın qəhrəmancasına müqavimətindən bəhs edir. Tarixi hadisələrin mümkün qədər real canlandırılması üçün geniş dekorasiyalar qurulmuş, dövrə uyğun geyimlər hazırlanmış, çoxsaylı kütləvi səhnələr çəkilmiş, xüsusi döyüş epizodları lentə alınıb. Məhz bu səbəbdən filmin istehsal xərcləri 2 milyon ABŞ dollarından artıq olub ki, bu da onu Azərbaycan kino tarixində ən yüksək büdcəli filmə çevirib.
Müstəqillikdən əvvəl, Azərbaycan SSR dövründə isə ən bahalı film *"Babək"* hesab olunur. Quruluşçu rejissoru Eldar Quliyev, ssenari müəllifi Ənvər Məmmədxanlı, bəstəkarı isə Polad Bülbüloğlu olan bu tarixi ekran əsəri IX əsrdə ərəb xilafətinə qarşı mübarizə aparmış Babəkin həyatından bəhs edir. Filmin çəkilişi əsl kino hadisəsinə çevrilmişdi. Çəkilişlər üçün Azərbaycanla yanaşı keçmiş SSRİ-nin müxtəlif bölgələrində, eləcə də digər respublikalarda geniş hazırlıq işləri aparılmışdı. Film üçün 16 fabrikdə 1500-dən çox xüsusi geyim hazırlanmış, minlərlə statist çəkilişlərə cəlb olunmuşdu. Dövrün texniki imkanları nəzərə alınsa belə, filmin miqyası olduqca böyük idi. "Babək" sonradan 60-dan artıq ölkədə nümayiş etdirildi və Azərbaycan kinosunun beynəlxalq aləmdə tanınmasına ciddi töhfə verdi. Filmin istehsalına təxminən 1 milyon 695 min manat vəsait xərclənmişdi ki, bu da həmin dövr üçün son dərəcə böyük məbləğ sayılırdı.
Azərbaycan kinosunun tarixində ən aşağı büdcə ilə çəkilən film isə XX əsrin əvvəllərinə təsadüf edir. 1915-ci ildə Hüseyn Ərəblinskinin quruluş verdiyi, Musabəyovun ssenarisi əsasında ekranlaşdırılan "Neft və milyonlar səltənətində" filmi cəmi 3 300 manat büdcə ilə ərsəyə gətirilmişdi. O dövrün texniki imkanlarının məhdud olmasına baxmayaraq, film Azərbaycan kino tarixinin ilk bədii ekran əsərlərindən biri kimi böyük əhəmiyyət daşıyır. Əsərdə neft bumu dövründə Bakıda baş verən sosial bərabərsizlik, varlanmaq ehtirası və insan taleləri əks olunurdu. Filmin məhdud maliyyə ilə çəkilməsi onun tarixi dəyərini azaltmayıb, əksinə, Azərbaycan kinematoqrafiyasının inkişaf yolunda ilk mühüm addımlardan biri kimi yadda qalıb.
Beləliklə, Azərbaycan kino tarixində ən bahalı film "Cavad xan", sovet dövrünün ən iri layihəsi isə "Babək" hesab olunur. Ən aşağı büdcə ilə çəkilmiş ekran əsəri isə "Neft və milyonlar səltənətində" filmidir. Bu filmlər təkcə çəkiliş xərclərinə görə deyil, həm də milli kino sənətimizin inkişaf mərhələlərini əks etdirməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Onlar göstərir ki, uğurlu kino yalnız böyük büdcədən deyil, eyni zamanda güclü ssenari, peşəkar yaradıcı heyət və milli tarixə, mədəniyyətə bağlılıqdan da asılıdır.
Nigar
20:39 / 16 İyul 2026
7
20:38 / 16 İyul 2026
53
20:34 / 16 İyul 2026
75
20:20 / 16 İyul 2026
31
19:32 / 16 İyul 2026
62
19:25 / 16 İyul 2026
348
19:20 / 16 İyul 2026
48
19:18 / 16 İyul 2026
421
19:10 / 16 İyul 2026
72
19:08 / 16 İyul 2026
70
18:51 / 16 İyul 2026
59
16:38 / 16 İyul 2026
79
16:17 / 16 İyul 2026
98
15:50 / 16 İyul 2026
96
15:25 / 16 İyul 2026
102
15:06 / 16 İyul 2026
140
15:04 / 16 İyul 2026
79
14:35 / 16 İyul 2026
104
14:09 / 16 İyul 2026
532
14:06 / 16 İyul 2026
129
14:02 / 16 İyul 2026
116
13:58 / 16 İyul 2026
130
13:53 / 16 İyul 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.