Bu ərazilərdə İŞIQ OLMAYACAQ
14 Sentyabr 2026, 21:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
440
16.07.2026, 12:13
Kart balansını yoxlamaq, kartı blokdan çıxarmaq, yeni kart sifariş etmək, kreditlə bağlı məlumat almaq, kart üzrə vəsaitin geri qaytarılma prosesini izləmək və ya bank əməliyyatları ilə bağlı sual yarandıqda bir çox insanın ilk etdiyi filiala yaxınlaşmaq və ya Çağrı Mərkəzinə zəng etmək olur. Halbuki bankla bağlı bir çox məsələ üçün vaxt itirməyə gərək yoxdur. Əslində bank işlərini həll etməyin daha QISA YOLU VAR.
Belə ki, Birbank tətbiqindəki “AI assistent” vasitəsilə istifadəçilər yeni kart sifarişindən kreditə, köçürmələrdən depozitə qədər bank xidmətləri ilə bağlı suallarını yazaraq cavab ala, kart balansını və son əməliyyatlarını öyrənə, kart üzrə geri qaytarılma prosesini izləyə, filialların ünvanı və iş saatları haqqında məlumat əldə edə, özlərinə uyğun maliyyə təklifləri ilə tanış ola və bir sıra əməliyyatları birbaşa tətbiq üzərindən həyata keçirə bilərlər.
“AI assistent” səsli müraciətləri də dəstəkləyir və istifadəçilərə bank xidmətlərinə daha sürətli çıxış imkanı yaradaraq gündəlik bank işlərini daha rahat idarə etməyə kömək edir.
Qeyd edək ki, 2025-ci ilədək Birbank çatına ünvanlanan müştəri müraciətlərinin təxminən 40%-i intellektual botlar tərəfindən emal olunurdusa, hazırda bu göstərici 70%-ə yüksəlib. Bu dinamika müştərilərin AI əsaslı həllərə artan etimadını göstərməklə yanaşı, məmnuniyyət göstəricilərinin də 75%-ə çatmasına səbəb olub.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
21:33 / 14 Sentyabr 2026
7
21:28 / 14 Sentyabr 2026
18
21:11 / 14 Sentyabr 2026
32
20:58 / 14 Sentyabr 2026
53
20:42 / 14 Sentyabr 2026
127
20:34 / 14 Sentyabr 2026
85
20:19 / 14 Sentyabr 2026
58
20:10 / 14 Sentyabr 2026
121
19:55 / 14 Sentyabr 2026
84
19:45 / 14 Sentyabr 2026
158
19:34 / 14 Sentyabr 2026
108
19:24 / 14 Sentyabr 2026
71
19:19 / 14 Sentyabr 2026
94
19:09 / 14 Sentyabr 2026
763
19:08 / 14 Sentyabr 2026
155
18:51 / 14 Sentyabr 2026
275
18:45 / 14 Sentyabr 2026
245
18:34 / 14 Sentyabr 2026
228
18:28 / 14 Sentyabr 2026
66
18:22 / 14 Sentyabr 2026
85
18:19 / 14 Sentyabr 2026
88
18:14 / 14 Sentyabr 2026
159
18:12 / 14 Sentyabr 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.