Qaynar xətt:

(+99450) 247 90 86

Taleh Kazımov Slovakiya Mərkəzi Bankının rəhbəri ilə görüşüb

Taleh Kazımov Slovakiya Mərkəzi Bankının rəhbəri ilə görüşüb

CƏMİYYƏT

65

15.07.2026, 15:23

Azərbaycan və Slovakiya arasında rəqəmsal dələduzluqla mübarizə mexanizmlərinin təkmilləşdirilməsi müzakirə edilib.

Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Ölkəmizdə səfərdə olan Slovakiya Milli Bankının sədri Peter Kazımirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə məhsuldar görüş keçirdik. Görüş zamanı kapital bazarları və sığorta sektorunun tənzimlənməsi, nəzarət çərçivələrinin müasirləşdirilməsi, maliyyə sabitliyinin təmin olunması, maliyyə savadlılığının artırılması, rəqəmsal dələduzluqla mübarizə və istehlakçı hüquqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi sahələrində əməkdaşlıq üçün əhəmiyyətli potensialın olduğunu vurğuladıq. Rəhbərlik etdiyimiz qurumlar arasında institusional əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində həyata keçiriləcək təşəbbüslər ətrafında fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.