Qaynar xətt:

(+99450) 247 90 86

172 nömrəli avtobusun hərəkəti dəyişir

172 nömrəli avtobusun hərəkəti dəyişir

CƏMİYYƏT

71

14.07.2026, 11:52

14-16 iyul tarixlərində Bilgəh qəsəbəsinin Respublika küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir-bərpa işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Oxu24.com-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Məlumata görə, məhdudiyyət səbəbindən 172 nömrəli marşrutun hərəkəti müvəqqəti olaraq Azərbaycan Qadını küçəsi (Bilgəh qəsəbəsi) - Bilgəh-Pirşağı yolu (İstiqlaliyyət küçəsi) istiqaməti üzrə təşkil ediləcək.