Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb
13 İyul 2026, 17:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
78
13.07.2026, 15:03
Allergik xəstəliklər insanların həyat keyfiyyətinə ciddi təsir göstərən və əksər hallarda xroniki xarakter daşıyan problemlərdəndir.Oxu24.com-un məlumatına görə, bu xəstəlikdən əziyyət çəkənləri ən çox düşündürən məqam allergiyadan birdəfəlik qurtulmağın mümkün olub-olmamasıdır. Mütəxəssislər bildirirlər ki, allergiya aylarla, hətta illərlə çəkən təkrarlanan bir proses olsa da, müasir allerqologiyada onun effektiv müalicə üsulları mövcuddur. Xüsusilə tənəffüs yolu allergiyalarında tətbiq edilən xüsusi metodlar vasitəsilə xəstəliyi tamamilə nəzarət altına almaq mümkündür.
Mövzu ilə bağlı Oxu24.com-a danışan tanınmış mütəxəssis, allerqoloq Gülnar Quliyeva allergiyanın müasir müalicə yollarından və bu sahədəki ən son yeniliklərdən bəhs edib.
Allergiyanın birdəfəlik müalicəsi: İmmunoterapiya nədir?
Mövzu barədə danışan allerqoloq Gülnar Quliyeva bildirib ki, qəbul edilən pasiyentlərin böyük əksəriyyəti məhz allergiyadan birdəfəlik qurtulmağın yollarını axtarır:“Xəstəliyin xroniki xarakterinə baxmayaraq, tənəffüs yolu allergiyalarında allerqologiyanın ən son gəlinən nöqtəsi immunoterapiya, yəni vaksin (peyvənd) müalicəsidir”.
Həkim müalicənin gedişatı və prinsiplərini bu cür izah edib:“İlk növbədə pasiyentin nəyə qarşı allergiyası olduğu dəqiq şəkildə araşdırılır.Əgər konkret bir maddəyə qarşı allergiya aşkarlanarsa, həmin maddə orqanizmə aşağı dozadan başlayaraq yuxarı dozaya doğru tədricən yeridilir. Bu proses pasiyentin vəziyyətindən asılı olaraq 3-5 il ərzində davam edir.Vaksinasiya orqanizmə ya dil altına damcı şəklində, ya da qola dərialtı ineksiya vasitəsilə tətbiq olunur”.
Gülnar Quliyevanın sözlərinə görə, bu müalicə metodu sayəsində pasiyentin həmin maddəyə qarşı olan həssaslığı sıfırlanır, allergiyası söndürülür və beləliklə xəstəlik tamamilə nəzarət altına alınır:“Lakin bu müalicəyə başlamazdan əvvəl pasiyentin immunoterapiyaya uyğun olub-olmadığı mütləq şəkildə həkim tərəfindən dəqiq yoxlanılmalıdır”,- deyə o əlavə edib.
Çimnaz
17:36 / 13 İyul 2026
7
17:30 / 13 İyul 2026
13
17:13 / 13 İyul 2026
20
17:06 / 13 İyul 2026
44
17:05 / 13 İyul 2026
42
16:55 / 13 İyul 2026
52
16:49 / 13 İyul 2026
54
16:25 / 13 İyul 2026
62
16:20 / 13 İyul 2026
63
16:02 / 13 İyul 2026
85
15:44 / 13 İyul 2026
78
15:40 / 13 İyul 2026
73
15:39 / 13 İyul 2026
75
15:07 / 13 İyul 2026
87
14:57 / 13 İyul 2026
171
14:49 / 13 İyul 2026
82
14:25 / 13 İyul 2026
523
14:25 / 13 İyul 2026
87
14:23 / 13 İyul 2026
75
14:20 / 13 İyul 2026
76
14:15 / 13 İyul 2026
85
14:10 / 13 İyul 2026
85
14:06 / 13 İyul 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.