9 iyulla bağlı XƏBƏRDARLIQ
08 İyul 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
87
08.07.2026, 17:08
İntizam pozuntularına görə 2 vəkilə töhmət verilib, 1 vəkil barəsində cərimə tədbiri tətbiq olunub və 4 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə riayət etməsi diqqətə çatdırılıb.
Bu barədə Oxu24.com Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, bu gün Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilən tədbirlər, görülən işlər və qarşıda duran əsas vəzifələr barədə ətraflı məlumat verib.
İclasın gündəliyinə uyğun olaraq bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, dövlət qulluğunda fəaliyyətlərinə xitam verilməsi ilə əlaqədar vəkillik fəaliyyətlərinin bərpa olunması, eləcə də müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad edilmələri barədə müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul olunub.
Eyni zamanda iclasda Bakı şəhəri 41 saylı Vəkil Bürosunun təsis edilməsi, habelə bəzi vəkillərin vəkil kabineti yaratmaları ilə bağlı müraciətlər müzakirə olunaraq müsbət qərarlar qəbul edilib.
Bundan başqa, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunacaq Beynəlxalq Yay Hüquq Məktəbi layihəsinə akademik və maddi dəstəyinin göstərilməsi ilə bağlı müraciət müzakirə edilib. Gənc hüquqşünasların beynəlxalq hüquqi bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların beynəlxalq platformalarda təmsilçilik imkanlarının genişləndirilməsi və praktiki hazırlığının gücləndirilməsi nəzərə alınaraq layihəyə akademik və müvafiq maddi dəstəyinin göstərilməsi barədə qərar qəbul olunub.
19:12 / 08 İyul 2026
6
19:02 / 08 İyul 2026
30
18:53 / 08 İyul 2026
52
18:50 / 08 İyul 2026
359
18:42 / 08 İyul 2026
152
18:40 / 08 İyul 2026
52
18:35 / 08 İyul 2026
153
18:28 / 08 İyul 2026
50
18:25 / 08 İyul 2026
256
18:17 / 08 İyul 2026
64
18:11 / 08 İyul 2026
533
18:10 / 08 İyul 2026
68
18:00 / 08 İyul 2026
59
17:33 / 08 İyul 2026
76
17:30 / 08 İyul 2026
66
17:10 / 08 İyul 2026
68
17:05 / 08 İyul 2026
76
16:39 / 08 İyul 2026
91
16:38 / 08 İyul 2026
80
16:24 / 08 İyul 2026
87
16:10 / 08 İyul 2026
96
16:05 / 08 İyul 2026
85
15:58 / 08 İyul 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.