Qaynar xətt:

(+99450) 247 90 86

Deputat: Azərbaycan polisi xalqın etimadını doğruldur

Deputat: Azərbaycan polisi xalqın etimadını doğruldur

CƏMİYYƏT

74

02.07.2026, 12:58

Milli Məclisin deputatı Ceyhun Məmmədov 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə polis əməkdaşlarını təbrik edib.

Oxu24.com xəbər verir ki, deputat bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan hüquq-mühafizə sisteminin inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və bu istiqamətdə həyata keçirilən islahatlar Azərbaycan polisinin fəaliyyətinin daha da güclənməsinə mühüm töhfə verir.

C.Məmmədov vurğulayıb ki, Azərbaycan polisi hər zaman dövlətçiliyin keşiyində dayanaraq ictimai sabitliyin qorunması, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlığa qarşı mübarizə və cəmiyyətin təhlükəsizliyinin təmin olunması naminə fədakarlıqla xidmət göstərir.

Deputat xüsusilə Vətən müharibəsi və sonrakı dövrdə polis əməkdaşlarının nümayiş etdirdiyi peşəkarlıq, vətənpərvərlik və qəhrəmanlığın xalq tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Ceyhun Məmmədov peşə bayramı münasibətilə bütün polis əməkdaşlarına möhkəm cansağlığı, şərəfli xidmətlərində yeni uğurlar arzulayıb, xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş polis əməkdaşlarının xatirəsini ehtiramla yad etdiyini bildirib.

Turan