Azərbaycanda tanınmış musiqiçi qəzada öldü - FOTO
01 İyul 2026, 15:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
92
01.07.2026, 12:51
“Real TV”nin “İnsan” verilişinin aparıcısı Vasif Akifli yeni vəzifəyə təyin edilib.
Oxu24.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Vasif Akifli instaqram hesabında paylaşım edib.O bu gündən “Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın icraçı direktoru kimi işə başlayıb.
“Bu gün mənim peşəkar həyatımda xüsusi əhəmiyyət daşıyan bir gündür. Rəsmi olaraq icraçı direktor vəzifəsinə təyin olundum. Bu etimadı mənə göstərən “Loqos” ailəsinə, xüsusilə də təsisçi - rəhbər Təranə Paşayevaya dərin təşəkkürümü bildirirəm. “Loqos Qadın Uzunömürlük Rezidensiyası” yalnız bir xidmət məkanı deyil. Burada məqsədimiz yaş almağı qayğı, təhlükəsizlik, hörmət və sevgi ilə birləşdirərək hər bir sakinə özünü öz evində hiss etdirən müasir və etibarlı həyat mühiti yaratmaqdır.
Bu dəyərli layihənin Azərbaycan xalqının unudulmaz övladı, mərhum millət vəkili Qənirə Paşayevanın əziz xatirəsinə ithaf olunaraq həyata keçirilməsi isə bu missiyaya daha da böyük mənəvi məsuliyyət və dəyər qazandırır”, - deyə Vasif Akifli bildirib.
Qeyd edək ki, V. Akifli uzun illər uşaq sığınacağının direktoru vəzifəsində çalışıb. Türkiyədə tibbi təhsilini tamamlayıb, bir çox tanınmış xəstəxanalarda işləyib.
“Xəzər TV”, “Real TV” və “Real FM”də “Danışır psixoloq”, “İnsan” verilişinin müəllif-aparıcısı olub. Uzun illər telekanallarda yayımlanan sosial xarakterli verilişlərdə ekspert kimi iştirak edib. Vasif Akifli yeni təyinata qədər “Real TV” və “Real FM” radiosunun aparıcı-tibbi eksperti, “Loqos Psixoloji və Nitq Mərkəzi”nin Mətbuat və İnformasiya şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
15:32 / 01 İyul 2026
14
15:31 / 01 İyul 2026
1
15:15 / 01 İyul 2026
59
14:56 / 01 İyul 2026
62
14:54 / 01 İyul 2026
54
14:54 / 01 İyul 2026
58
14:52 / 01 İyul 2026
55
14:49 / 01 İyul 2026
53
14:48 / 01 İyul 2026
144
14:41 / 01 İyul 2026
73
14:35 / 01 İyul 2026
62
14:35 / 01 İyul 2026
64
14:33 / 01 İyul 2026
64
14:24 / 01 İyul 2026
63
14:17 / 01 İyul 2026
58
14:00 / 01 İyul 2026
76
13:59 / 01 İyul 2026
181
13:53 / 01 İyul 2026
87
13:43 / 01 İyul 2026
72
13:40 / 01 İyul 2026
340
13:37 / 01 İyul 2026
74
13:30 / 01 İyul 2026
327
13:19 / 01 İyul 2026
571
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.