Qaynar xətt:

(+99450) 247 90 86

Dövlət başçısı İlham Əliyev Somali Prezidentinə təbrik ünvanlayıb 

Dövlət başçısı İlham Əliyev Somali Prezidentinə təbrik ünvanlayıb 

CƏMİYYƏT

80

01.07.2026, 11:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmuda təbrik məktubu ünvanlayıb.

Oxu24.com xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Somali Federativ Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Dostluğa və qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Somali əlaqələri inkişaf edir və genişlənir. İnanıram ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, qarşılıqlı fəaliyyətimizin potensialından tam istifadə olunması və əməkdaşlığımızın genişləndirilməsi üçün birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".