Azərbaycan və Türkmənistan enerji əməkdaşlığını gücləndirəcək
22 İyun 2026, 16:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
82
22.06.2026, 13:01
22 İyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti professor Aktotı Raimkulova Türk Dövlətləri Təşkilatının Almatıda keçirilən Ağsaqqallar Şurasının 19-cu iclasında iştirak edib.
Oxu24.com xəbər verir ki, Qazaxıstanın ev sahibliyi ilə 23 iyuna qədər davam edəcək iclasın açılışında Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri cənab Binəli Yıldırım, TDT-yə üzv dövlətlərin ağsaqqalları, eləcə də Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri çıxış ediblər.
Çıxışlarında iştirakçılar gündəlikdə yer alan məsələlərin aktuallığını vurğulamış və iclas əsas əməkdaşlıq istiqamətləri üzrə müzakirələr və fikir mübadiləsi formatında davam etmişdir.
İclasda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova gündəlikdə yer alan məsələlərə, xüsusilə də 1926-cı ildə keçirilmiş Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinin qeyd olunmasına xüsusi diqqət yetirərək, onun türk dünyasının ümumi intellektual məkanının formalaşmasındakı tarixi əhəmiyyətini qeyd edib. Həmçinin türk xalqlarının zəngin tarixi-mədəni irsinin qorunması, öyrənilməsi, təbliği və gələcək nəsillərə ötürülməsi proseslərində müasir rəqəmsal texnologiyaların və süni intellekt alətlərinin tətbiqinin vacibliyi vurğulanmışdır.
Professor Aktotı Raimkulova Türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq irsin qorunması və nəsillərarası varisliyin təmin olunmasına yönəlmiş Ağsaqqallar Şurasının təşəbbüs və tövsiyələrinin həyata keçirilməsinə Fondun bundan sonra da dəstək göstərməyə hazır olduğunu ifadə edib.
İclasın yekununda fikir mübadiləsi və irəli sürülmüş təkliflər əsasında hazırlanmış Ağsaqqallar Şurasının tövsiyələri qəbul olunmuşdur.
16:46 / 22 İyun 2026
1
16:45 / 22 İyun 2026
7
16:42 / 22 İyun 2026
16
16:39 / 22 İyun 2026
16
15:56 / 22 İyun 2026
79
15:46 / 22 İyun 2026
79
15:28 / 22 İyun 2026
207
15:19 / 22 İyun 2026
64
15:16 / 22 İyun 2026
69
15:07 / 22 İyun 2026
85
15:03 / 22 İyun 2026
60
14:50 / 22 İyun 2026
71
14:50 / 22 İyun 2026
89
14:45 / 22 İyun 2026
77
14:10 / 22 İyun 2026
97
14:06 / 22 İyun 2026
84
14:03 / 22 İyun 2026
156
14:02 / 22 İyun 2026
86
13:51 / 22 İyun 2026
1269
13:49 / 22 İyun 2026
92
13:48 / 22 İyun 2026
71
13:36 / 22 İyun 2026
75
13:31 / 22 İyun 2026
9752
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.