Rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
11 Sentyabr 2026, 12:57
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
602
22.06.2026, 12:23
Şamaxıda MMA üzrə məşqçi Orxan Hacıyevi qətlə yetirən Amil Surxayevin məhkəmə prosesi başa çatıb.
Oxu24.com Xitab24.az-a istinadən xəbər verir ki, məhkəmənin hökmünə əsasən, 28 yaşlı təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib.
Amil Surxayev cinayəti qisas məqsədilə törətdiyini etiraf edib. Onun ifadəsinə görə, qardaşı Ruslan Surxayevin Orxan Hacıyev tərəfindən qətlə yetirilməsini və bu cinayətə görə cəmi iki il sonra azadlığa çıxmasını həzm edə bilməyib.
Məlum olub ki, Orxan həbsdən çıxdıqdan sonra Amil tərəfindən izlənilib və onun yerini Şamaxıda müəyyən edib. Mərhum qardaşına məxsus silahı götürən Amil, Orxanın yaşadığı ünvana gələrək onu tək yaxalamağı planlaşdırıb. O, yaranan ilk fürsətdə bir dəfə Orxanın qarın nahiyəsinə atəş açıb. Zərərçəkən Orxan Hacıyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra Amil Surxayev polisə təslim olub, qardaşını öldürən Orxanı qətlə yetirdiyini, peşman olmadığını bildirib.
Amil ifadəsində onu da əlavə edib ki, Orxan Hacıyev qardaşının qətli ilə bağlı sosial şəbəkələrdə artıq-əskik rəy yazanlara cavab verməyib, qardaşı barədə "Allah rəhmət eləsin!" cümləsini işlətməyib. Bunun əvəzinə, müəllim kimi fəaliyyətini davam etdirəcəyini bildirib ki, bu da onda qıcıq yaradıb.
Qeyd edək ki, Amilin qardaşı Ruslan Surxayev 2020-ci ildə Şamaxıda “Yeddi Gümbəz” qəbiristanlığında mətbəx bıçağı ilə qətlə yetirilmişdi. Bu cinayətə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Hacıyev barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi 122-ci (güclü ruhi həyəcan vəziyyətində adam öldürməyə görə) maddəsinə tövsif edilib və o, 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sumqayıt Apellyasiya Məhkəməsi isə işə baxaraq O. Hacıyevin əməlini 123.1-ci maddəyə (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) tövsif edərək onun 2 il cəza müddətini 1 il 6 aya salmış, istintaq və məhkəmə dövründə təqsirləndirilən şəxs bu cəzanı çəkdiyindən məhkəmə zalından azadlığa buraxılmışdı. 2025-ci ilin martında isə Amil Surxayev Orxan Hacıyevi qətlə yetirib.
Xatırladaq ki, Ruslan Surxayev də tanınmış idmançı idi. Sərbəst güləşçi gənclər arasında Avropa çempionu, yeniyetmələr arasında Avropa birinciliyinin qalibi, Dünya birinciliyinin isə gümüş mükafatçı olmuşdu.
12:57 / 11 Sentyabr 2026
16
12:52 / 11 Sentyabr 2026
52
12:48 / 11 Sentyabr 2026
29
12:45 / 11 Sentyabr 2026
32
12:31 / 11 Sentyabr 2026
52
12:24 / 11 Sentyabr 2026
72
12:21 / 11 Sentyabr 2026
53
12:14 / 11 Sentyabr 2026
53
12:06 / 11 Sentyabr 2026
140
11:59 / 11 Sentyabr 2026
58
11:58 / 11 Sentyabr 2026
55
11:55 / 11 Sentyabr 2026
424
11:50 / 11 Sentyabr 2026
56
11:31 / 11 Sentyabr 2026
62
11:30 / 11 Sentyabr 2026
57
11:00 / 11 Sentyabr 2026
58
10:52 / 11 Sentyabr 2026
1278
10:48 / 11 Sentyabr 2026
66
10:44 / 11 Sentyabr 2026
140
10:38 / 11 Sentyabr 2026
69
10:34 / 11 Sentyabr 2026
64
10:33 / 11 Sentyabr 2026
69
10:30 / 11 Sentyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.