Pezeşkian Moskvadadır
27 Oktyabr 2026, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
3001
22.06.2026, 13:51
"Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın icrası məqsədi ilə rayonlar üçün "mini inkişaf planları" hazırlanacaq.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin sosial iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov Dövlət Proqramı çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.
Onun sözlərinə görə, bu hədəflərə nail olmaq üçün genişmiqyaslı işlərin həyata keçirilməsi zəruridir: "Bu prosesdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, yerli icra hakimiyyətləri, fermerlər və təsərrüfat subyektləri yaxından iştirak etməlidirlər. Əks halda, qarşıya qoyulan yüksək nəticələrin əldə olunması çətinləşə bilər. Buna görə də sıx koordinasiya, effektiv fəaliyyət vacibdir. Bugünkü müşavirədə iştirak edən icra hakimiyyəti başçıları, sahibkarlar və iri fermer təsərrüfatlarının nümayəndələri dövlət proqramından irəli gələn vəzifələrin icrasına xüsusi diqqət yetirməlidirlər".
"Bu vəzifələr istiqamətlər üzrə qruplaşdırılaraq müəyyənləşdirilə bilər. Birinci istiqamət ondan ibarətdir ki, yerli icra hakimiyyəti başçıları və onların aparatları dövlət proqramı çərçivəsində aidiyyəti qurumlarla birlikdə aqrar sahə üzrə əsas hədəf göstəricilərini və nəticə indikatorlarını müəyyən etməli, hər bir rayon üzrə 2026–2030-cu illəri əhatə edən sosial-iqtisadi inkişaf proqramları hazırlamalıdırlar. Yəni ümumi dövlət proqramına uyğun olaraq hər bir rayon öz səviyyəsində "mini proqramlar" formalaşdırmalı və bu sənədlər əsas strategiya ilə uzlaşdırılmalıdır. Eyni zamanda, icra hakimiyyətləri dövlət proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün bütün zəruri dəstəkləyici addımları atmalıdırlar. Emal müəssisələrinin yaradılması, məhsuldarlığın artırılması və digər istiqamətlər üzrə onlara aid olan vəzifələr vaxtında və effektiv şəkildə icra olunmalıdır", - deyə X.Əhədov qeyd edib.
Onun sözlərinə görə, yerli imkanlardan istifadə etməklə dövlət proqramının fermerlər və sahibkarlar arasında geniş təbliği də gündəlik fəaliyyətin tərkib hissəsinə çevrilməlidir: "Təbliğat işlərində ölkə Prezidentinin çıxışlarında əksini tapan əsas müddəalar rəhbər tutulmalı, sahibkarlar və fermerlər proqramın mahiyyəti barədə dolğun məlumatlandırılmalıdır. Bütün imkanlar səfərbər edilməklə sahibkar və fermerlərin dövlət başçısının çağırışlarına qoşulması üçün zəruri tədbirlər həyata keçirilməlidir. Məlum olduğu kimi, dövlət proqramı ciddi maliyyə tutumuna malikdir. Belə ki, ümumi maliyyələşmənin 2,2 milyard manatını dövlət, 3,7 milyard manatını isə özəl sektor və fərdi təsərrüfat subyektləri təmin etməlidir. Buna görə də təşviqedici və maarifləndirici tədbirlər gücləndirilməli, sahibkarların bu prosesə fəal qoşulması və investisiya yatırmaları stimullaşdırılmalıdır".
00:00 / 27 Oktyabr 2026
15
23:43 / 26 Oktyabr 2026
68
23:30 / 26 Oktyabr 2026
61
23:16 / 26 Oktyabr 2026
77
23:08 / 26 Oktyabr 2026
64
22:58 / 26 Oktyabr 2026
76
22:56 / 26 Oktyabr 2026
77
22:51 / 26 Oktyabr 2026
61
22:34 / 26 Oktyabr 2026
306
22:30 / 26 Oktyabr 2026
75
22:11 / 26 Oktyabr 2026
77
22:11 / 26 Oktyabr 2026
69
22:04 / 26 Oktyabr 2026
88
22:02 / 26 Oktyabr 2026
81
21:58 / 26 Oktyabr 2026
70
21:53 / 26 Oktyabr 2026
178
21:44 / 26 Oktyabr 2026
73
21:32 / 26 Oktyabr 2026
75
21:30 / 26 Oktyabr 2026
76
21:05 / 26 Oktyabr 2026
1269
21:02 / 26 Oktyabr 2026
87
20:56 / 26 Oktyabr 2026
103
20:30 / 26 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.