Çəki artımının səbəbi çox yemək deyilmiş: Mütəxəssis açıqladı
19 İyun 2026, 21:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
95
19.06.2026, 17:28
Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov iyunun 19-da Qaxda vətəndaşları qəbul edib.
Oxu24.com xəbər verir ki, Qax Elektrik Şəbəkəsinin (EŞ) inzibati binasında baş tutan görüşdə Qax və Zaqatala rayonlarından olan sakinlər iştirak ediblər. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən təşkil olunub.
Tədbirdən əvvəl nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Qaxdakı abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Qəbul zamanı “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb. Həmçinin qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. Görüşdə iştirak edən vətəndaşlar regionlarda elektrik şəbəkələrinin yenilənməsi işlərinə, eləcə də onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
“Azərişıq” ASC tərəfindən ölkənin bütün regionlarında vətəndaşlarla, eləcə də sahibkar və fermerlərlə görüşlər təşkil olunur, onların təklif və tövsiyələri dinlənilir. Bu cür tədbirlərin keçirilməsində məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.
21:17 / 19 İyun 2026
32
21:15 / 19 İyun 2026
37
21:08 / 19 İyun 2026
45
20:58 / 19 İyun 2026
153
20:56 / 19 İyun 2026
69
20:54 / 19 İyun 2026
47
20:50 / 19 İyun 2026
65
20:35 / 19 İyun 2026
295
20:29 / 19 İyun 2026
64
20:06 / 19 İyun 2026
63
19:51 / 19 İyun 2026
62
19:39 / 19 İyun 2026
366
19:29 / 19 İyun 2026
90
19:03 / 19 İyun 2026
11
18:54 / 19 İyun 2026
762
18:49 / 19 İyun 2026
109
18:39 / 19 İyun 2026
104
18:23 / 19 İyun 2026
97
18:06 / 19 İyun 2026
531
17:59 / 19 İyun 2026
66
17:59 / 19 İyun 2026
75
17:48 / 19 İyun 2026
108
17:41 / 19 İyun 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.