Vəkillər Kollegiyasının nümayəndə heyəti Gürcüstanda beynəlxalq konfransda iştirak edib
10 Noyabr 2026, 11:42
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
678
19.06.2026, 20:56
Vətəndaşların daşınmaz əmlak bazarında qarşılaşdığı ən aktual problemlərdən biri də yeni alınan mənzillərdə əvvəlki sahibinin yaxınlarının və ya tamamilə tanımadığı yad şəxslərin qeydiyyatda (propiskada) qalmasıdır. Bir çox hallarda alıcılar bu faktı yalnız mənzili rəsmiləşdirib köçəndən sonra öyrənirlər.
Bəs belə vəziyyətlə qarşılaşdıqda hüquqi müstəvidə hansı addımlar atılmalıdır?
Oxu24.com-un bu sualına vəkil Fərid Qasımov aydınlıq gətirib.
Vəkil bildirib ki, qanunvericilik mənzil sahibinə öz mülkiyyətindən azad istifadə etmək hüququ verir və yad şəxslərin qeydiyyatı bu hüququ məhdudlaşdıra bilməz. Belə problemlə üzləşən vətəndaşlar üçün Fərid Qasımov ardıcıl addımlardan həlli göstərir: təqdim edir:
“İlk növbədə mənzildə faktiki olaraq kimlərin qeydiyyatda olduğunu rəsmi şəkildə dəqiqləşdirmək lazımdır. Bunun üçün yeni mülkiyyətçi (ev sahibi) “ASAN xidmət" mərkəzinə müraciət edərək mənzildə qeydiyyatda olan şəxslərin tam siyahısını (arayışı) əldə etməlidir.
Siyahı əldə edildikdən sonra, mənzil sahibi həmin sənədlə birlikdə daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə polis şöbəsinə (və ya qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə) rəsmi ərizə ilə müraciət etməlidir. Ərizədə tanınmayan şəxslərin qeydiyyatdan çıxarılması tələb olunmalıdır.
Qanunvericiliyə və mövcud prosedura əsasən, müraciətinizə dair polis şöbəsindən sizə 35 gün ərzində rəsmi cavab və ya qeydiyyatdan çıxarmanın qeyri-mümkünlüyü ilə bağlı imtina məktubu təqdim olunacaq. Hüquqi prosesin növbəti mərhələsi üçün bu imtina məktubunun alınması mütləqdir.
Polis şöbəsindən alınan rəsmi imtina məktubu əsasında vətəndaş mənzilin yerləşdiyi ərazi üzrə İnzibati Məhkəməyə müraciət etməlidir. Məhkəmə qarşısında “şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin aidiyyəti polis şöbəsinin üzərinə qoyulması” tələbi ilə iddia qaldırılmalıdır”.
Əlavə olaraq, vəkil Fərid Qasımov vurğulayır ki, mövcud məhkəmə praktikasına nəzər salsaq, mülkiyyət hüququ toxunulmaz olduğu üçün və yeni sahibin mülkündən maneəsiz istifadəsinə şərait yaradılması məqsədilə, bu qəbildən olan iddialar məhkəmələr tərəfindən əksər hallarda tam təmin edilir. Vətəndaşlar bu prosesdən çəkinməməli və hüquqlarını qorumalıdırlar.
Mənzil alarkən gələcəkdə vaxt itkisi və məhkəmə çəkişmələri ilə üzləşməmək üçün, alqı-satqı müqaviləsi imzalanmazdan əvvəl mənzildə kənar şəxslərin qeydiyyatda olub-olmaması mütləq yoxlanılmalıdır.
Çimnaz Ağayeva
16:12 / 10 Noyabr 2026
1
15:58 / 10 Noyabr 2026
52
15:44 / 10 Noyabr 2026
129
15:34 / 10 Noyabr 2026
135
15:31 / 10 Noyabr 2026
61
15:25 / 10 Noyabr 2026
91
15:22 / 10 Noyabr 2026
83
14:58 / 10 Noyabr 2026
1747
14:55 / 10 Noyabr 2026
152
14:48 / 10 Noyabr 2026
274
14:23 / 10 Noyabr 2026
374
14:20 / 10 Noyabr 2026
769
14:09 / 10 Noyabr 2026
193
14:00 / 10 Noyabr 2026
829
13:44 / 10 Noyabr 2026
128
13:38 / 10 Noyabr 2026
374
13:26 / 10 Noyabr 2026
1621
13:24 / 10 Noyabr 2026
144
13:20 / 10 Noyabr 2026
341
13:05 / 10 Noyabr 2026
175
13:00 / 10 Noyabr 2026
139
12:37 / 10 Noyabr 2026
579
12:31 / 10 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.