Trampdan həmin xəbərlərə REAKSİYA
10 Noyabr 2026, 11:04
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1045
19.06.2026, 18:39
Azərbaycanın ən böyük adası hesab olunan, lakin hər il göz görə-görə yox olan sirli bir məkan barədə bilirsinizmi? Neftçala şəhərindən 33 km, Bakıdan isə 150 km cənubda yerləşən Kür Dili adası hazırda tam bir "kabus" adasını xatırladır. Bir vaxtlar insanların qaynar həyat sürdüyü bu torpaq parçası, indi yalnız vəhşi təbiətin və sirli hadisələrin məkanına çevrilib.
Hər şey 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qəfil artması ilə başladı. Adanı quru ilə birləşdirən yeganə yol tamamilə suyun altında qaldı və Kür Dili adası dünyadan təcrid olundu. 2011-ci ildə burada cəmi 5-6 ailə mübarizə apararaq yaşamağa çalışsa da, dənizin amansız dalğaları qarşısında tab gətirə bilmədilər. Sakinlər təxliyə edilərək Neftçala rayonuna köçürüldü.
Adanın hər kəs tərəfindən tanınan və oranı tərk etməkdən imtina edən sonuncu sakini Vitali Pronin idi. Lakin 2020-ci ildə onun da vəfat etməsindən sonra adada insan nəfəsi tamamilə kəsildi. Rəsmi statistikaya görə, hazırda adada heç bir insan yaşamır.
Kür Dili adasını maraqlı və həm də qorxulu edən digər məqam isə onun yeni "sahibləridir". Vaxtilə yerli sakinlər tərəfindən saxlanılan atlar, inəklər və digər heyvanlar adada tək qaldıqdan sonra tamamilə vəhşiləşiblər. Hazırda adada böyük at sürüləri və qabanlar hökmranlıq edir. Ekspertlər xəbərdarlıq edir ki, bu heyvanlar adi heyvanlar deyil – onlar daxil olan hər bir kəsə qarşı aqressivdir və insana hücum edərək ağır xəsarətlər yetirə bilər.
Xalq arasında Kür Dili adasına “Əriyən ada" da deyirlər. Səbəb isə dəhşətlidir: hər il adanın 50-100 metrlik ərazisi Xəzərin suları tərəfindən udulur. Coğrafiyaçılar xəbərdarlıq edir ki, yaxın gələcəkdə bu ada coğrafi xəritədən tamamilə silinə bilər.
QEYD: Adanı ziyarət etmək üçün heç bir rəsmi qadağa və ya məhdudiyyət yoxdur. Lakin bura getmək istəyənlər bilməlidir: adada nə internet, nə televiziya, nə də kömək istəyə biləcəyiniz bircə insan var. Müasir dünyadan tamamilə qopmuş bu vəhşi təbiət adası həm heyrətamiz, həm də olduqca təhlükəlidir!
16:12 / 10 Noyabr 2026
1
15:58 / 10 Noyabr 2026
52
15:44 / 10 Noyabr 2026
129
15:34 / 10 Noyabr 2026
135
15:31 / 10 Noyabr 2026
61
15:25 / 10 Noyabr 2026
91
15:22 / 10 Noyabr 2026
83
14:58 / 10 Noyabr 2026
1747
14:55 / 10 Noyabr 2026
152
14:48 / 10 Noyabr 2026
274
14:23 / 10 Noyabr 2026
374
14:20 / 10 Noyabr 2026
769
14:09 / 10 Noyabr 2026
193
14:00 / 10 Noyabr 2026
829
13:44 / 10 Noyabr 2026
128
13:38 / 10 Noyabr 2026
374
13:26 / 10 Noyabr 2026
1621
13:24 / 10 Noyabr 2026
144
13:20 / 10 Noyabr 2026
341
13:05 / 10 Noyabr 2026
175
13:00 / 10 Noyabr 2026
139
12:37 / 10 Noyabr 2026
579
12:31 / 10 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.