Cəbi Quliyevə yeni vəzifə verildi – Sərəncam
30 İyul 2026, 10:20
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
633
19.06.2026, 20:54
Ermənistanın daxili siyasi arenasında gərginlik pik həddə çatıb. Ölkənin "Hayastan" blokunun lideri, sabiq prezident Robert Köçəryana qarşı rəsmi şəkildə ittiham irəli sürülməsi gözlənilir. Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) keçmiş dövlət başçısına qarşı ittiham aktının irəli sürülməsinə artıq rəsmi icazə verib.
Atılan bu hüquqi addımların davamı olaraq, R. Köçəryanın ölkədən kənara çıxışına da kəskin qadağa qoyulub. Bu qərar seçkiöncəsi dövrdə Ermənistandakı revanşist qüvvələrə qarşı ən sərt rəsmi reaksiya kimi qiymətləndirilir.
Oxu24.com məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Baş nazir Nikol Paşinyan hələ seçki prosesindən əvvəl Robert Köçəryan və Samvel Karapetyana qarşı çox ciddi sanksiyaların və ölçülərin götürüləcəyinə dair anons vermişdi:
"Ümumiyyətlə, N. Paşinyanın atdığı bu addımları R. Köçəryan və S. Karapetyana qarşı yönəlmiş klassik siyasi repressiya kimi dəyərləndirmək doğru deyil. Çünki hər iki fiqur fundamental olaraq Ermənistan dövlətçiliyi üçün birbaşa potensial təhdid mənbəyidir. Robert Köçəryan hakimiyyətdə olduğu uzun illər ərzində ölkəsini Rusiyadan tam şəkildə asılı vəziyyətə salmağa çalışıb və idarəçiliyi dövründə kifayət qədər ciddi cinayətlərə imza atıb. Onun hazırda yürütdüyü və müdafiə etdiyi siyasi xətt bütövlükdə erməni xalqının milli maraqlarına tamamilə ziddir.
Moskva tərəfindən xüsusi missiya ilə göndərilən milyarder Samvel Karapetyanın əsas hədəfi isə Ermənistanı yenidən Rusiyanın orbitinə bağlamaq və ölkəni Azərbaycanla yeni bir qanlı müharibəyə sürükləməkdir. Belə bir avantürist fəaliyyət isə Ermənistanın bir dövlət kimi mövcudluğunu birbaşa sual altına qoyur. Hazırda S. Karapetyan əhalini mövcud hakimiyyətə qarşı yeni kütləvi etirazlara və itaətsizliyə səsləyir.
Göründüyü kimi, Paşinyan administrasiyasının bu şəxslərə qarşı tətbiq etdiyi təzyiqlər tamamilə hüquqi müstəvidə reallaşır və Ermənistanın dövlət suverenliyini qorumaq məqsədi daşıyır. N. Paşinyan Rusiyaya birbaşa bağlı olan və xarici dairələrin maraqlarına xidmət edən bu müxalifətin parlament daxilində rahat və azad şəkildə fəaliyyət göstərməsinə heç bir halda imkan verməyəcək".
10:20 / 30 İyul 2026
2
10:15 / 30 İyul 2026
18
10:11 / 30 İyul 2026
28
09:53 / 30 İyul 2026
53
09:48 / 30 İyul 2026
49
09:45 / 30 İyul 2026
51
09:40 / 30 İyul 2026
51
09:25 / 30 İyul 2026
56
09:11 / 30 İyul 2026
60
09:07 / 30 İyul 2026
64
09:04 / 30 İyul 2026
59
08:56 / 30 İyul 2026
62
01:13 / 30 İyul 2026
193
00:37 / 30 İyul 2026
288
00:26 / 30 İyul 2026
108
00:01 / 30 İyul 2026
102
23:49 / 29 İyul 2026
97
23:22 / 29 İyul 2026
100
22:51 / 29 İyul 2026
165
22:34 / 29 İyul 2026
94
22:11 / 29 İyul 2026
99
21:57 / 29 İyul 2026
125
21:12 / 29 İyul 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.